AZANS Lissabonda keçirilən “Airspace World 2025” sərgisindəki yekunlarını elan edib

AZANS Lissabonda keçirilən “Airspace World 2025” sərgisindəki yekunlarını elan edib
İQTİSADİYYAT
15:19 20.05.2025
1037

AZCON Holding şirkətlərindən olan "Azərbaycan Hava Yolları” QSC-nin "Azəraeronaviqasiya” (AZANS) Hava Hərəkəti İdarəsi CANSO-nun "Airspace World 2025” sərgisində iştirak edib. AZANS-ın bu tədbirdə iştirakı Azərbaycanın qlobal aeronaviqasiya sahəsində mövqeyinin möhkəmlənməsinə, beynəlxalq tərəfdaşlarla əməkdaşlığın genişlənməsinə və hava hərəkətinin idarə olunması sahəsində təcrübə mübadiləsinə mühüm töhfə verib.

Sərgi 13–15 may tarixlərində Portuqaliyanın paytaxtı Lissabonda keçirilib və hava məkanının idarə olunmasının gələcək inkişaf istiqamətlərini müzakirə etmək məqsədilə qlobal aviasiya sənayesinin liderlərini, innovasiya mütəxəssislərini və qərarverici şəxsləri bir araya gətirən dünyanın aparıcı tədbirlərindən biridir.

 

Tədbirdə beynəlxalq tərəfdaşlığın dərinləşdirilməsi, yeni texnologiyaların tətbiqi və dayanıqlı inkişaf prinsiplərinin inteqrasiyası diqqət mərkəzində olub. Sərgidə 200 şirkət, 110-dan çox ölkəni təmsil edən nümayəndələr və 10 000-dən artıq beynəlxalq ziyarətçi iştrak edib.

 

"Airspace World 2025”də AZANS öz stendində Azərbaycanın hava məkanının Şərqlə Qərb arasında təhlükəsiz, səmərəli və getdikcə daha əhəmiyyətli nəqliyyat dəhlizi kimi strateji əhəmiyyətini vurğulayıb. Həmçinin AZANS modernləşdirmə proqramları, ekoloji layihələr və regionda, eləcə də qlobal səviyyədə əlaqələndirmə imkanlarının inkişafı ilə bağlı planlarını bölüşüb.

 

Üç gün ərzində AZANS bir sıra beynəlxalq aeronaviqasiya xidməti təminatçıları ilə yüksəksəviyyəli görüşlər keçirib. Bu görüşlərə Böyük Britaniyanın NATS şirkəti, Almaniyanın "DFS Deutsche Flugsicherung”, Birləşmiş Ərəb Əmirliklərinin GCAA qurumu, həmçinin CANSO-nun (Mülki Aeronaviqasiya Xidmətləri Təşkilatı) üzvləri və "ACI World” ("Airports Council International”) qatılıb. Danışıqlar zamanı AZANS-ın beynəlxalq əməkdaşlıq və bilik mübadiləsinə sadiqliyi bir daha nümayiş etdirilib.

 

Sərgi çərçivəsində diqqətçəkən mühüm məqamlardan biri hava hərəkətinin idarə edilməsi sahəsində nüfuzlu beynəlxalq mükafat hesab olunan "ATM Awards 2024” nominasiyasında AZANS-ın "Collaboration and Community” kateqoriyası üzrə yüksək nəticə əldə etməsi olub. AZANS bu mükafatı "Green Aviation Insights” (GAIN) layihəsi çərçivəsində qazanıb. Layihə Böyük Britaniyanın NATS, Azərbaycanın AZANS, Malayziyanın CAAM və Belçikanın "skeyes" təşkilatlarının tərəfdaşlığı ilə həyata keçirilir və bu kateqoriyada ən yaxşı təşəbbüslərdən biri olaraq seçilib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İctimai nəqliyyatda təqaüdçülərə və tələbələrə güzəşt olunması təklif edilir
09:42 27.02.2026
İctimai nəqliyyatda təqaüdçülərə və tələbələrə güzəşt olunması təklif edilir
Qiyabi təhsil alanlara hərbi çağırışla bağlı möhlət verilə bilər
09:41 27.02.2026
Qiyabi təhsil alanlara hərbi çağırışla bağlı möhlət verilə bilər
Antiterror əməliyyatının iştirakçılarının statusuna aydınlıq gətirilməsi tövsiyə edilir
09:39 27.02.2026
Antiterror əməliyyatının iştirakçılarının statusuna aydınlıq gətirilməsi tövsiyə edilir
Onların təhsil haqqını dövlətin ödəməsi təklif olunur
09:30 27.02.2026
Onların təhsil haqqını dövlətin ödəməsi təklif olunur
Bu halda işçiyə 8 gün əlavə məzuniyyət verilə bilər
09:28 27.02.2026
Bu halda işçiyə 8 gün əlavə məzuniyyət verilə bilər
Azərbaycanda pensiyaların artırılması təklif olunur
09:23 27.02.2026
Azərbaycanda pensiyaların artırılması təklif olunur
bakıda bu yollarda sıxlıq var - siyahi
08:37 27.02.2026
bakıda bu yollarda sıxlıq var - siyahi
Yeni quraşdırılan "ağıllı işıqforlar"ın üstünlüyü nədir? - VİDEO
08:14 27.02.2026
Yeni quraşdırılan "ağıllı işıqforlar"ın üstünlüyü nədir? - VİDEO
İran mümkün hücuma qarşı nüvə obyektlərini möhkəmləndirir
05:08 27.02.2026
İran mümkün hücuma qarşı nüvə obyektlərini möhkəmləndirir
Avropa İttifaqı Belarusa qarşı sanksiyaların müddətini uzatdı
03:46 27.02.2026
Avropa İttifaqı Belarusa qarşı sanksiyaların müddətini uzatdı
İsrail Livanda “Hizbullah”-ın səkkiz düşərgəsinə zərbə endirib
02:27 27.02.2026
İsrail Livanda “Hizbullah”-ın səkkiz düşərgəsinə zərbə endirib
Burun spreyi eşitmə və təzyiq riski yarada bilər
01:49 27.02.2026
Burun spreyi eşitmə və təzyiq riski yarada bilər
Yeni istifadəyə verilən Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi potensialı necədir? - VİDEO
01:12 27.02.2026
Yeni istifadəyə verilən Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi potensialı necədir? - VİDEO
Söküntü zamanı sahəsi kiçik olan ev sahiblərinə əlavə kompensasiya veriləcək? - VİDEO
00:42 27.02.2026
Söküntü zamanı sahəsi kiçik olan ev sahiblərinə əlavə kompensasiya veriləcək? - VİDEO
Cenevrədə ABŞ-İran danışıqları tamamlandı: Tərəflər razılığa gəldilər
00:02 27.02.2026
Cenevrədə ABŞ-İran danışıqları tamamlandı: Tərəflər razılığa gəldilər
Kubra Məhərrəmova ilə bağlı şok görüntülər: Araşdırma başladı - VİDEO
23:50 26.02.2026
Kubra Məhərrəmova ilə bağlı şok görüntülər: Araşdırma başladı - VİDEO