Azarkeşin atdığı su şüşəsi qapıçının sifətinə dəydi

İDMAN
12:06 12.12.2011
2038
Türkiyədə azarkeşin stadiona atdığı su şüşəsi qapıçının başına dəyib. Hadisə “Spor Toto” super liqası çərçivəsində “Qalatasaray”la “Trabzonspor” arasında keçirilən qarşılaşmanın 60-cı dəqiqəsində baş verib. Qəribədir ki, “Trabzonspor”un qapıçısı Tolqa Zenginin başına dəyən su şüşəsini bu komandanın azarkeşi atıb. Şüşənin zərbəsi ilə qapıçı Zengin yerə yıxılsa da, bir müddət sonra ayağa qalxaraq oyuna davam edib. Məlumata görə, qapıçı Tolqa Zengin ciddi xəsarət almayıb, ona su şüşəsi atan azarkeş isə yaxalanıb.

OXŞAR XƏBƏRLƏR