“Azarkeşlər “Qarabağ”dan qisas gözləməyib, kimdən gözləməlidir?”

“Azarkeşlər “Qarabağ”dan qisas gözləməyib, kimdən gözləməlidir?”
İDMAN
23:45 03.11.2018
10835
"Futbolçularımı təbrik edirəm. Həmçinin azarkeşlərimizi də. Biz işə fərqli yanaşırıq, digərləri fərqli. İstər-istəməz oyunçularda gərginlik var idi. Bəzi səhvləri nəzərə almasaq, onlardan razı qaldım. Nazim müəllimə uğurlar arzulayıram. Öz oyun üslubunu tam qaydasına salıb. Bunlar göstərir ki, çempionatda qarşıdakı matçlar daha ağır olacaq. Futbolçuların bugünkü oyunu məni razı saldı”.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bunu "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov evdə "Sumqayıt"a 2:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının X tur matçından sonra mətbuat konfransında deyib. 46 yaşlı mütəxəssis jurnalistlərin də suallarını cavablandırıb...

Son dəqiqələrdə Kintananı meydana buraxdınız. Onu Poltavadakı görüşdə də görə bilərik?

- Əsas heyətdə deyil, sonradan daxil ola bilər. Yenə də oyunçuların hazırlığına baxacağıq. Orda da məşq olacaq, sonra "18-liy”i quracağıq. Hər oyunçunun iştirak imkanı var.

Uğursuzluq seriyasına bu arenada son qoydunuz. Oyunun gedişində düşünmədiz ki, kaş avrokubok matçlarını da burada keçirəydik?

- Belə bir fikir olmadı. Bura uğursuzluğa son qoymaq üçün gəlməmişdik. Ancaq yenə də oyunçular özlərini burada kompakt hiss edirlər. İstədik ki, dəyişik arena olsun, futbolçular fərqli hiss keçirtsinlər. Bura bəlkə daha çox öyrəşiblər. İnşallah, gələn il bir qərar qəbul edərik. Demirəm ki, burada oynasaydıq fərqli nəticə əldə edərdik. Amma bu stadionun fərqli özəlliyi var.

"Neftçi”ni keçə bilərsizmi?

- Bu suala cavab verə bilmərəm. Qarşıda çox oyunlarımız var. Futbolçuları bu ağır qrafikdən yaxşı çıxarmağı düşünürük. Bəzən bunlar zədəyə gətirib çıxardır. Qarşımıza məqsəd qoymamışıq ki, mütləq qarşıdakı matçlarda "Neftçi”ni keçməliyik. Məqsədimiz hər görüşdə qələbə qazanmaqdır.

Bu gün heyəti Poltavadakı matçı düşünərək qurdunuz?

- Xeyr, daha çox bugünkü oyunu düşünərək.

"Neftçi” ilə oyundan sonra demişdiniz ki, çempionluqdan yorulmağımız barədə söz-söhbət gəzir. İctimaiyyətdə isə belə fikir formalaşıb ki, "Qarabağ” geri çəkilib, "Neftçi” çempion olacaq...

- Xeyr, belə bir şey yoxdur. Futbolda bir komandanın 20 il ardıcıl çempion olması kimi bir qanun yoxdur. Biz yorulmamışıq. Ssenarini kim yazıbsa, bunu bilmirik, nə siz, nə mən. Bizim neçə illərdir məqsədimiz yaxşı, intizamlı oyun göstərmək və istənilən halda özümüzü yaxşı aparmaqdır.

Azarkeşlər Ukraynadakı görüşdən qisas gözləyir...

- Azarkeşlərə həmişə təşəkkür etmişəm. Bizim azarkeşlərimiz "Qarabağ”dan gözləməyib, kimdən gözləməlidir? Biz vicdanla işləməyə, azarkeşlərimizi sevindirməyə çalışırıq. Haradasa alınmır, çatışmayan cəhətlər olur. Amma həmişə yaxşı nəticə qazanmaq, Qarabağın adını, Azərbaycanımızın adını gözəl təmsil etməyə çalışırıq. Uduzanda hamıdan çox bizə pis təsir edir. İnşallah, yaxşı oyun və uğurlu nəticə üçün Ukraynaya gedəcəyik.

Geryenin düşərgəyə gec döndüyü üçün cəzalandırıldığı deyilir. Bu, doğrudurmu?

- Klubdaxili məsələdir. Amma cəza var. Necə cəzalandırılıb, futbolçu daha yaxşı bilir. Bəzən elə hal olur ki, oyunçu cəzalanır və özü bunu düzgün qəbul edir. Məcəllə ilə tanış olurlar və söz deməyə nəsə qalmır.

Gərginlikdən danışdınız. Amma bu gün meydanda daha rahat görünürdünüz. Bəlkə bu stadion sizə düşür?

- Düşər-düşməz barədə heç vaxt düşünmürəm. Səbəb kimi həmişə nəyisə düzgün etmədiyimizi görürəm. Fərqli aura olması üçün bursda oynadıq. Avrokuboklarda neçə illər bu stadionda oynamışıq. Azarkeş toplusu tam fərqlidir. Bu gün stadionda 15 min azarkeş olsaydı, hər şey tam fərqli görünərdi. Olimpiya Stadionu gözəl arenadır. "Çelsi”yə böyük hesabla uduzanda da azarkeşlər razı getmişdilər. 60 min adam həyəcanlanırdı, fərqli fikirlər söyləyirdi. Amma digər oyunda 15 min azarkeşdən o səs hiss olunmurdu. Bu sayda azarkeş "Tofiq Bəhramov” olsaydı, bəlkə fərqli alınardı. Məğlubiyyətlərimiz var, amma uğura inanmalıyıq. Belə turnirlərdə 2-3 qol epizodu olur, bundan istifadə etmək lazımdır. Azarkeşin, mətbuatın tələb etmək borcudur. Biz də bunu normal qəbul edirik.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İvanişvilinin keçmiş maliyyə müşaviri Ermənistana qaçıb
06:52 06.03.2025
İvanişvilinin keçmiş maliyyə müşaviri Ermənistana qaçıb
FIFA klublararası DÇ-nin qaliblərinə 1 milyard avroya yaxın vəsait verəcək
04:47 06.03.2025
FIFA klublararası DÇ-nin qaliblərinə 1 milyard avroya yaxın vəsait verəcək
CNN: Bir neçə həftə ərzində Kiyevin Patriot raketləri tükənə bilər
03:45 06.03.2025
CNN: Bir neçə həftə ərzində Kiyevin Patriot raketləri tükənə bilər
Avstraliya Ukraynaya enerji dəstəyi üçün 6 milyon avro ayırıb
02:40 06.03.2025
Avstraliya Ukraynaya enerji dəstəyi üçün 6 milyon avro ayırıb
Papa Fransiskin müalicəsi davam etdirilir
01:35 06.03.2025
Papa Fransiskin müalicəsi davam etdirilir
Azyaşlı qızına vəhşicəsinə işgəncə verən qadının görüntüləri - VİDEO
01:12 06.03.2025
Azyaşlı qızına vəhşicəsinə işgəncə verən qadının görüntüləri - VİDEO
Töhmətdən sonra işdən çıxarılan aparat rəhbəri ilə bağlı İLGİNC FAKT
01:09 06.03.2025
Töhmətdən sonra işdən çıxarılan aparat rəhbəri ilə bağlı İLGİNC FAKT
ABŞ Qəzzadakı girovların azad edilməsi ətrafında HƏMAS-la danışıqlar aparır
00:51 06.03.2025
ABŞ Qəzzadakı girovların azad edilməsi ətrafında HƏMAS-la danışıqlar aparır
Məhəmməd Əmin Rəsulzadənin anım günüdür
00:34 06.03.2025
Məhəmməd Əmin Rəsulzadənin anım günüdür
Aİ Polşaya icma fondlarından 7,2 milyard avronu müdafiəyə yönləndirməyə icazə verib
00:28 06.03.2025
Aİ Polşaya icma fondlarından 7,2 milyard avronu müdafiəyə yönləndirməyə icazə verib
Uşağını sanitar qovşaqda öldürmək istəyən ana: "Çimizdirmək istəyirdim"
23:58 05.03.2025
Uşağını sanitar qovşaqda öldürmək istəyən ana: "Çimizdirmək istəyirdim"
Müəllimlər direktordan şikayətçidir - “Bizə hinduşkabaş deyir” - VİDEO
23:37 05.03.2025
Müəllimlər direktordan şikayətçidir - “Bizə hinduşkabaş deyir” - VİDEO
Makron: Avropanın gələcəyini Vaşinqton və Moskvada həll etmək olmaz
23:29 05.03.2025
Makron: Avropanın gələcəyini Vaşinqton və Moskvada həll etmək olmaz
Zelenski: ABŞ ilə əməkdaşlıqdan müsbət nəticələr gözləyirəm
23:27 05.03.2025
Zelenski: ABŞ ilə əməkdaşlıqdan müsbət nəticələr gözləyirəm
Ərdoğan İlham Əliyevlə görüşünün təəssüratlarını paylaşıb: Sülh istəyirik
23:23 05.03.2025
Ərdoğan İlham Əliyevlə görüşünün təəssüratlarını paylaşıb: Sülh istəyirik
Binəqədi bələdiyyəsinin keçmiş sədri və bacısı ilə bağlı qərar verildi
23:21 05.03.2025
Binəqədi bələdiyyəsinin keçmiş sədri və bacısı ilə bağlı qərar verildi