"Təəssüflər olsun ki, Milli Demokratiya İnstitutu ilə bağlı qaldırılan iddialar və rəqəmlər öz ciddiliyini günü- gündən göstərməkdədir"
AZXEBER.COM xəbər verir ki, bu sözləri millət vəkili Azay Quliyev deyib.Onun sözlərinə görə, bəlli olur ki, həqiqətən də milyondan çox vəsait bu institutun rəhbəri tərəfindən xərclənib və bunun hesabatını kimə verdiyi məlum deyil.“Əgər sən doğrudan da öz proqramında yazılan, qarşısında duran sahələr üzrə işləmək istəmirsənsə, niyə bu formada hesablaşman olub? Niyə bu şəffaf şəkildə olmayıb? Niyə bu məsələlər araşdırma nəticəsində ortaya çıxmalıdır? Bu bütövlükdə beynəlxalq təşkilatlara inamı zədələyir.Bu gün dövlətə və cəmiyyətə kifayət qədər əsas verir ki, ya həmin təşkilatlarla əməkdaşlıq etməyəsən , ya da əməkdaşlıq edilən zaman buna dövlət nəzarəti olsun. Biz bu gün qanunlarda müəyyən dəyişiklik edirik ki, MDİ kimi təşklatların fəaliyyətində şəffaflıq, aşkarlıq artsın, onlar vəsait gizlətməsinlər, hesabat versinlər”-deyə, o, mətbuata açıqlamasında sözlərinə əlavə edib.