Azay Quliyev: “Ermənistan Qarabağda gedən quruculuq-bərpa işlərinə mane olmaq üçün belə addımlar atır”

Azay Quliyev: “Ermənistan Qarabağda gedən quruculuq-bərpa işlərinə mane olmaq üçün belə addımlar atır”
SİYASƏT
13:03 29.04.2023
260
"Vətən müharibəsinin bitməsindən indiyə qədər 301 nəfər azad olunmuş ərazilərdə minaya düşüb”.

AZXEBER.COM Oxu.az-a istinadən xəbər verir ki, bunu Tərtərdə baş verən mina partlayışı ilə əlaqədar danışarkən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədri Azay Quliyev deyib. O, QHT rəhbərləri ilə mina terrorunu müzakirə edib:

"Ermənistanın mina terroru nəticəsində 57 nəfər həyatını itirib. Görünür ki, Ermənistan Qarabağda gedən quruculuq-bərpa işlərinə mane olmaq üçün belə addımlar atır. İrəvan mina xəritələrini vermir. Mülki əhaliyə və ölkəmizə qarşı yönələn bu terroru pisləyirik. Beynəlxalq təşkilatları buna cavabsız qalmamağa çağırırıq”.
OXŞAR XƏBƏRLƏR