Azay Quliyev Sərkisyanın istefasına münasibət bildirdi

Azay Quliyev Sərkisyanın istefasına münasibət bildirdi
SİYASƏT
17:59 23.04.2018
11845

Millət vəkili, ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev Ermənistanın baş naziri Serj Sərkisyanın istefasına münasibət bildirib.

AZXEBER.COM xəbər verir ki, o tvitter hesabında bununla bağlı yazıb. Sitat: "Ümid edirəm ki, Qarabağ münaqişəsi dalğasında qanla hakimiyyətə gələn Serj Sarkisyanın istefası erməni xalqının reallığı düzgün qiymətləndirərək qonşuları ilə münasibətlərə yenidən baxmağa, bölgədə ədalətli, davamlı sülhün bərqərar olması üçün adekvat addımlar atmağa imkan verəcək".

OXŞAR XƏBƏRLƏR