Azay Quliyev TBMM-in vitse-spikeri ilə görüş keçirib

Azay Quliyev TBMM-in vitse-spikeri ilə görüş keçirib
SOSİAL
17:07 27.11.2019
3475
Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Dialoq və Əməkdaşlıq üzrə Bakı Parlament Platformasının (Bakı Parlament Platforması – BPP) koordinatoru Azay Quliyev noyabrın 27-də Ankara şəhərində Türkiyə Böyük Millət Məclisinin (TBMM) vitse-spikeri, TBMM-in BPP-dəki nümayəndə heyətinin rəhbəri Süreyya Sadi Bilgiçlə görüş keçirib.

AZXEBER.COM xəbər verir ki, görüşdə 12 iyun 2019-cu il tarixdə Regional Təhlükəsizlik və Əməkdaşlıq üzrə Parlament Konfransının təsis yığıncağında Azərbaycan, Almaniya və Türkiyə parlamentlərini təmsil edən nümayəndə heyətləri tərəfindən yaradılmış Bakı Parlament Platformasının "Təməl Prinsipləri”, BPP-nin fəaliyyətinin əsas istiqamətlərini özündə ehtiva edən 4 "sütun” ("Regional Təhlükəsizlik”, "Humanitar Məsələlər”, "İqtisadi Əməkdaşlıq, Bağlantılar, Nəqliyyat və Kommunikasiyalar” və "Beynəlxalq Hüququn və Çoxtərəfliliyin Müdafiəsi”), 2020-ci ilin iyun ayında baş tutacaq 1-ci Regional Təhlükəsizlik və Əməkdaşlıq üzrə Parlament Konfransının təşkilati məsələləri və qurumun işinə digər ölkələri təmsil edən nümayəndə heyətlərinin də cəlb edilməsi imkanları müzakirə edilib.
 

Görüş iştirakçıları Bakı Parlament Platformasının parlamentlərarası əməkdaşlığın möhkəmləndirilməsi, regional təhlükəsizliyin təşviqi, eləcə də qarşılıqlı inam və dialoq mühitinin qorunması istiqamətində yüksək potensiala malik olan bir təşkilat olduğunu qeyd edərək BPP-nin fəaliyyətinin bundan sonra da genişləndirilməsinə, yeni tərəfdaşlarla əlaqələrin qurulmasına ehtiyacın olması barədə razılığa gəliblər.

Görüşdə Bakı Parlament Platformasının İşçi Heyətinin rəhbəri Anar Orucov və Azərbaycan Respublikasının Türkiyədəki səfirliyinin birinci katibi Fərid Musayev də iştirak edib.

Qeyd edək ki, Bakı Parlament Platformasının iclasları hər ilin iyun ayında Bakı şəhərində keçirilir. Hazırda BPP-də Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavini Bahar Muradova, Almaniya Bundestaqının vitse-prezidenti Tomas Oppermann və Türkiyə Böyük Millət Məclisinin vitse-spikeri Süreyya Sadi Bilgiçin rəhbərlik etdikləri nümayəndə heyətləri üzv qismində iştirak edir.

Hər 3 nümayəndə heyətinin gəldiyi razılığa əsasən, hazırda digər ölkələrin Platformaya üzvlüyü ilə bağlı işlər aparılır. Bu çərçivədə 26 noyabr 2019-cu ildə Azay Quliyev və Bahar Muradova İtaliya, Gürcüstan və Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirləri ilə görüşlər keçirib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Elçin və Hissdən yeni iş birliyi
18:27 29.06.2025
Elçin və Hissdən yeni iş birliyi
Yekaterinburqda öldürülən azərbaycanlıların nəşləri sabah Vətənə gətiriləcək
18:25 29.06.2025
Yekaterinburqda öldürülən azərbaycanlıların nəşləri sabah Vətənə gətiriləcək
Cümşüdün öldüyü yolun məsuliyyətini kim daşıyır?
18:17 29.06.2025
Cümşüdün öldüyü yolun məsuliyyətini kim daşıyır?
Almaniyanın xarici işlər naziri: Rusiya Almaniyada dinc həyata və azadlığa təhdid yaradır
18:10 29.06.2025
Almaniyanın xarici işlər naziri: Rusiya Almaniyada dinc həyata və azadlığa təhdid yaradır
Yekaterinburqda zorakılıqla saxlanılan azərbaycanlıların məhkəməsi başa çatıb
17:48 29.06.2025
Yekaterinburqda zorakılıqla saxlanılan azərbaycanlıların məhkəməsi başa çatıb
Azərbaycanın Rus icması azərbaycanlılara qarşı Rusiya güc strukturlarının qəddar davranışını pisləyir
17:29 29.06.2025
Azərbaycanın Rus icması azərbaycanlılara qarşı Rusiya güc strukturlarının qəddar davranışını pisləyir
Deputat: Rusiya mehriban qonşuluq siyasəti anlamadı
17:12 29.06.2025
Deputat: Rusiya mehriban qonşuluq siyasəti anlamadı
Goranboyda yol qəzası olub, 7 nəfər xəsarət alıb
16:52 29.06.2025
Goranboyda yol qəzası olub, 7 nəfər xəsarət alıb
"Bu, Azərbaycan mətbuatının tarixində ilk hadisədir" - Natiq Məmmədli
16:48 29.06.2025
"Bu, Azərbaycan mətbuatının tarixində ilk hadisədir" - Natiq Məmmədli
Azərbaycan parlamentinin nümayəndə heyəti Moskvada keçiriləcək iclasda iştirak etməyəcək
16:24 29.06.2025
Azərbaycan parlamentinin nümayəndə heyəti Moskvada keçiriləcək iclasda iştirak etməyəcək
Rusiya ilə bağlı qərar “Dream Fest”ə də təsir etdi - Siyahı dəyişəcək
16:21 29.06.2025
Rusiya ilə bağlı qərar “Dream Fest”ə də təsir etdi - Siyahı dəyişəcək
Yekaterinburq məhkəməsi Şahin Lalayev barəsində həbs qətimkan tədbiri seçib
16:09 29.06.2025
Yekaterinburq məhkəməsi Şahin Lalayev barəsində həbs qətimkan tədbiri seçib
Füzulidə kanalda batan şəxsin axtarışları davam edir
15:45 29.06.2025
Füzulidə kanalda batan şəxsin axtarışları davam edir
“Bu prosesin başında Putinin formalaşdırdığı ideoloji xətt dayanır” - Deputat
15:40 29.06.2025
“Bu prosesin başında Putinin formalaşdırdığı ideoloji xətt dayanır” - Deputat
Küləkli hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ
15:30 29.06.2025
Küləkli hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ
Yekaterinburqda məhkəmə qərarı ilə Ayaz Səfərov 22 gün müddətinə həbs edilib
15:09 29.06.2025
Yekaterinburqda məhkəmə qərarı ilə Ayaz Səfərov 22 gün müddətinə həbs edilib