Azay Quliyevin Qarabağ veteranları, əlilləri və şəhid ailələri ilə görüşündə izdiham - FOTOLAR

Azay Quliyevin Qarabağ veteranları, əlilləri və şəhid ailələri ilə görüşündə izdiham - FOTOLAR
Siyasət
02:29 17.10.2015
1726

Bu gün 8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizəd Azay Quliyev seçki kampaniyası çərçivəsində Binəqədi rayonunda yaşayan Qarabağ müharibəsi veteranları, əlilləri və şəhid ailələri ilə görüşüb.

Şəhidlərimizin xatirəsinin yad edilməsindən sonra görüşü açan namizədin vəkili, Qarabağ qazisi Firudin Məmmədov əlverişsiz hava şəraitində mütəşəkkil qaydada A.Quliyevlə görüşə gəldikləri üçün iştirakçılara təşəkkürünü çatdırıb.

Tədbirdə çıxış edən deputatlığa namizəd Azay Quliyev Qarabağ müharibəsi iştirakçıları və şəhid ailələrinin cəmiyyətimizin daim diqqət göstərilən təbəqəsi olduğunu deyib: “Siz Azərbaycanın ən dəyərli və hörmətəlayiq vətəndaşlarısınız . Dövlətimiz tərəfindən sizin sosial rifahınız yaxşılaşması və ehtiyaclarınızın qarşılanması indiyə kimi böyük işlər görülübdür. Əmin olun ki, dövlətimiz bundan sonra sizin yanınızda olacaq”.

A.Quliyev gələn ilin dövlət büdcəsində müdafiə xərclərinin yenə artırıldığını nəzərə çatdırıb: “Neftin qiyməti iki dəfə azalanda erməni mətbuatı sevincək yazırdı ki, Azərbaycan hərbi xərclərini azaldacaq. Amma, gəlirlərimizin azalmasına baxmayaraq 2016-cı ilin dövlət büdcəsində müdafiə xərcləri yenə də artırılır. Bu, Azərbaycan dövlətinin, Azərbaycan Prezidentinin işğal olunmuş torpaqlarımızla bağlı nə dərəcədə prinsipial, güzəştsiz mövqedə olduğunu göstərir. Mən əminəm ki, sabah Ali Baş Komandan torpaqlarımızın azad olunması ilə bağlı döyüş əmri verdikdə, əsgərlərimizlə bərabər sizlər yenə də ön sıralarda olacaqsınız”.

Qarabağ qazisi, ehtiyatda olan polkovnik Mehdi Mehdiyev Azay Quliyevə bu təbəqədən olan insaları xüsusi diqqətdə saxladığı üçün təşəkkür etdi. O, bildirdi ki, Binəqədidə yaşayan müharibə veteranları, əlilləri və şəhid ailələri bu diqqəti yüksək qiymətləndirirlər. Bu görüşdəki izdiham da deyilənləri təsdiq edir.

Şəhid anası Kamilə Rəhmanlı şəhid ailələri adından danışıb və Azay Quliyevə seçkidə uğurlar arzulayaraq, xeyir-dua verib.

Görüşdə veterenları, əlilləri və şəhid ailələrini maraqlandıran məsələlər barədə fikir mübadiləsi aparılıb.

Görüşdə çıxış edənlər 01 noyabrda hamılıqla seçkilərə gələcəklərini və əminliklə Azay Quliyevə səs verəcəklərini bildiriblər.

Qeyd edək ki, deputatlığa namizəd Azay Quliyev 17 oktyabrda saat 18.00-da Binəqədi rayonu, A.Kunanbayev küç, 64/11 ünvanında seçicilərlə görüşəcək.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Albaniya kimdir ki, belə addım atsın” - Misir Mərdanov süni intellektin nazir təyin olunması haqda danışdı
14:10 12.09.2025
“Albaniya kimdir ki, belə addım atsın” - Misir Mərdanov süni intellektin nazir təyin olunması haqda danışdı
Xankəndidə sürət yarışına çıxan sürücülər məsuliyyətə cəlb edildi
13:52 12.09.2025
Xankəndidə sürət yarışına çıxan sürücülər məsuliyyətə cəlb edildi
Verilişi bağlandı deyilən aparıcıdan AÇIQLAMA
13:33 12.09.2025
Verilişi bağlandı deyilən aparıcıdan AÇIQLAMA
İcra hakimiyyətində dava: Qayınana gəlinini və onun anasını döydü
13:20 12.09.2025
İcra hakimiyyətində dava: Qayınana gəlinini və onun anasını döydü
VİP Edu Mall-da psixoloji təhsildə yeni proqram təqdim olundu - FOTOLAR
13:18 12.09.2025
VİP Edu Mall-da psixoloji təhsildə yeni proqram təqdim olundu - FOTOLAR
Ermənistan XİN-də Türkiyə heyəti ilə danışıqlar başa çatıb
13:16 12.09.2025
Ermənistan XİN-də Türkiyə heyəti ilə danışıqlar başa çatıb
Laçında sərxoş halda söyüş söyən vəzifəlilər - Həbs olundu
12:48 12.09.2025
Laçında sərxoş halda söyüş söyən vəzifəlilər - Həbs olundu
“Qərbi azərbaycanlıların Ermənistana qayıdışı Paşinyan üçün öldürücü zərbə ola bilər” - Politoloq
12:47 12.09.2025
“Qərbi azərbaycanlıların Ermənistana qayıdışı Paşinyan üçün öldürücü zərbə ola bilər” - Politoloq
“Xarıbülbül” yay düşərgəsi yekunlaşdı - FOTOLAR
12:41 12.09.2025
“Xarıbülbül” yay düşərgəsi yekunlaşdı - FOTOLAR
Cerdan Şakiri: “Son 15 ilin ən zəif “İnter” heyətində idim”
12:38 12.09.2025
Cerdan Şakiri: “Son 15 ilin ən zəif “İnter” heyətində idim”
"Şagirdlərin əksəriyyətində oxuyub-anlama problemi var" - Emin Əmrullayev
12:36 12.09.2025
"Şagirdlərin əksəriyyətində oxuyub-anlama problemi var" - Emin Əmrullayev
"Bir qızın anası ilə on ildir danışmaması fəlakətdir" - Tolik
12:23 12.09.2025
"Bir qızın anası ilə on ildir danışmaması fəlakətdir" - Tolik
"Ən səriştəli müəllimlərimiz 21-ci əsrin tələblərinə uyğun sual yaza bilmir" - Nazir
12:05 12.09.2025
"Ən səriştəli müəllimlərimiz 21-ci əsrin tələblərinə uyğun sual yaza bilmir" - Nazir
Ayan: Daha önəmli işlərim olduğu üçün toya getməmişəm
11:51 12.09.2025
Ayan: Daha önəmli işlərim olduğu üçün toya getməmişəm
Polis paytaxtda vətəndaşların əmlakını talayan şəxsləri saxladı
11:50 12.09.2025
Polis paytaxtda vətəndaşların əmlakını talayan şəxsləri saxladı
Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu - RƏSMİ
11:50 12.09.2025
Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu - RƏSMİ