AZCON-da yeni təyinat – Maqsud Məmmədov direktor oldu

AZCON-da yeni təyinat – Maqsud Məmmədov direktor oldu
SOSİAL
11:43 04.12.2025
299
Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqində (AZCON) yeni kadr təyinatı həyata keçirilib.
 
AZXEBER.COM xəbər verir ki, əmrə əsasən, Maqsud Məmmədov AZCON-un Beynəlxalq Əməkdaşlıq Departamentinin direktoru vəzifəsinə təyin edilib.

Maqsud Məmmədov Texas State University-də Beynəlxalq Münasibətlər və Siyasi Elmlər üzrə bakalavr, Johns Hopkins SAIS-də Siyasət və Beynəlxalq İqtisadiyyat üzrə magistr dərəcəsi, SOAS–London Universitetində Siyasi Psixologiya üzrə PhD dərəcəsi alıb. O, həmçinin Harvard Universitetində postdoktoral tədqiqat proqramında iştirak edib.

2011–2025-ci illərdə Məmmədov enerji, innovasiya və beynəlxalq əməkdaşlıq istiqamətlərində strateji layihələrə rəhbərlik edib. O, SOCAR Middle East-də Baş direktor müavini, TANAP layihəsində Xarici Əlaqələr direktoru, eləcə də SOCAR Türkiyənin R&D və İnnovasiya şirkətində rəhbər vəzifələrdə çalışıb.

Maqsud Məmmədov Harvard, Wharton, National University of Singapore, Hong Kong Universiteti və Asia Global Institute-də liderlik və strateji idarəetmə üzrə Executive Education proqramlarını tamamlayıb. O, beynəlxalq PgMP®️, PMP®️ və PMI-ACP®️ sertifikatlarına malikdir. Məqalə və araşdırmaları müxtəlif beynəlxalq media və analitik platformalarda dərc olunub.

Yeni təyinatla əlaqədar Maqsud Məmmədov AZCON-un beynəlxalq tərəfdaşlıq siyasətinin inkişafına, qlobal əməkdaşlıq imkanlarının genişləndirilməsinə və innovativ layihələrin koordinasiyasına rəhbərlik edəcək.
OXŞAR XƏBƏRLƏR