Azər Allahverənov: “Azərbaycanın möhtəşəm qələbəsi qarşısında Ermənistan çox cılız görünür”

Azər Allahverənov: “Azərbaycanın möhtəşəm qələbəsi qarşısında Ermənistan çox cılız görünür”
Siyasət
15:46 08.07.2025
597
Milli Məclisin deputatı Azər Allahverənov bu gün "Hədəf" verilişində qonaq olarkən Ermənistan tərəfinin sülh prosesində tutduğu mövqeyə münasibət bildirib.

AZXEBER.COM xəbər verir ki, deputat qeyd edib ki, Ermənistanın Xarici İşlər Nazirliyi, parlamenti, Təhlükəsizlik Şurası və digər qurumlarının dilindən səslənən fikirlərdə real narahatlıqdan çox müxtəlif manipulyasiya elementləri hiss olunur. Onun sözlərinə görə, Azərbaycanın böyük sistemlərin inteqral hissəsinə çevrilməsi və bu sistemləri özü formalaşdırması qürurverici haldır.

"Azərbaycanın möhtəşəm qələbəsi qarşısında Ermənistan çox cılız görünür. Böyük sistemin bir hissəsi olmaq üçün böyük düşünmək lazımdır. Təəssüf ki, Ermənistan hələ də bu səviyyəyə gəlib çıxmayıb. Onlar dövlətçilik anlayışından uzaq, dövlət və milli maraqları nəzərə almadan müəyyən qrupların, xarici siyasi mərkəzlərin və dövlətlərin təsiri altında formalaşmış normativ yanaşmalara əsaslanırlar”, – deyə deputat vurğulayıb.

Allahverənov bildirib ki, Ermənistanın tutduğu destruktiv mövqe sülh prosesinin ləngiməsinə səbəb olur: "Azərbaycan daim beynəlxalq miqyasda ciddi platformalar qurur və bu proseslərdə fəal iştirak edir. Ermənistan isə ya bu proseslərdən kənarda qalır, ya da reallıqdan uzaq, utopik istəklərlə sanki gedən qatarın son tamburuna tullanmağa çalışır. Biz buna baxmayaraq, Ermənistanı bu proseslərə cəlb etməyə çalışırıq və deyirik ki, heç olmasa həmin qatarın son tamburuna minin və dünyada gedən sürətli dəyişikliklərə gec də olsa qoşulun”.

Deputat həmçinin bildirib ki, konstruktiv mövqe nümayiş etdirən bütün tərəflər Azərbaycanın yanında yer alır: "Xüsusilə də İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndidə keçirilən Zirvə görüşündə bu açıq şəkildə göründü. Bəzi dövlət rəhbərlərinə ehtiyatlı davranmaq tövsiyə olunsa da, ölkə başçıları tədbirdə iştirak etdilər. Bu isə onu göstərir ki, Azərbaycan hələ də ‘sabitlik adası’ olaraq qalır”.

Azər Allahverənov qeyd edib ki, Azərbaycan sülh gündəliyini davamlı olaraq inkişaf etdirir və inteqrasiya layihələri vasitəsilə bu gündəliyi zənginləşdirir: "Artıq Xankəndi, Laçın, Şuşa və digər ərazilər nüfuzlu beynəlxalq tədbirlər üçün dialoq platformalarına çevrilməkdədir. Bu, Azərbaycanın uğurudur. Bəziləri bunu başqa donlara salmağa çalışsalar da, reallıq ortadadır”.
 
Oksana Orucova
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Oval Ofisdə gizlətdi, qolf oynayarkən göründü - Trampın əlindəki qançırlar nəyə işarədir?
14:21 25.08.2025
Oval Ofisdə gizlətdi, qolf oynayarkən göründü - Trampın əlindəki qançırlar nəyə işarədir?
İlkin Süleymanovun kassasiya şikayəti üzrə məhkəmənin vaxtı bilindi
14:15 25.08.2025
İlkin Süleymanovun kassasiya şikayəti üzrə məhkəmənin vaxtı bilindi
AQC Elmi-Metodiki Şurasının ilk toplantısı keçirildi
14:13 25.08.2025
AQC Elmi-Metodiki Şurasının ilk toplantısı keçirildi
Türkiyədə tanınmış söhbət proqramı bloklandı
14:10 25.08.2025
Türkiyədə tanınmış söhbət proqramı bloklandı
Avropada uçuş təhlükəsizliyi risk altındadır - Rusiya GPS siqnalları yox edir
14:05 25.08.2025
Avropada uçuş təhlükəsizliyi risk altındadır - Rusiya GPS siqnalları yox edir
Zelenski Xüsusi Əməliyyatlar Mərkəzinə yeni rəis təyin edib
13:44 25.08.2025
Zelenski Xüsusi Əməliyyatlar Mərkəzinə yeni rəis təyin edib
Mirzoyan: Sülh gündəliyinin həyata keçirilməsi Ermənistanın prioritet vəzifəsidir
13:13 25.08.2025
Mirzoyan: Sülh gündəliyinin həyata keçirilməsi Ermənistanın prioritet vəzifəsidir
Azərbaycanda bu şəxslər pulsuz dərmanla təmin olunacaq - 13,4 milyon manat AYRILACAQ
13:12 25.08.2025
Azərbaycanda bu şəxslər pulsuz dərmanla təmin olunacaq - 13,4 milyon manat AYRILACAQ
Politoloq: “Macarıstanın Ukraynaya gizli ərazi iddiaları var”
13:10 25.08.2025
Politoloq: “Macarıstanın Ukraynaya gizli ərazi iddiaları var”
Dövlət xidmətinin bu səlahiyyəti ləğv edildi
13:02 25.08.2025
Dövlət xidmətinin bu səlahiyyəti ləğv edildi
Azərbaycan, Türkmənistan və Özbəkistan arasında strateji əməkdaşlığın yeni mərhələsi
13:00 25.08.2025
Azərbaycan, Türkmənistan və Özbəkistan arasında strateji əməkdaşlığın yeni mərhələsi
Çempionlar Liqası: "Qarabağ"ın cavab oyununu fransalı hakimlər idarə edəcək
12:48 25.08.2025
Çempionlar Liqası: "Qarabağ"ın cavab oyununu fransalı hakimlər idarə edəcək
Sabah bəzi rayonlara leysan yağacaq, şimşək çaxacaq
12:28 25.08.2025
Sabah bəzi rayonlara leysan yağacaq, şimşək çaxacaq
İlham Əliyev Böyük Britaniyanın dövlət nazirini qəbul edib
12:12 25.08.2025
İlham Əliyev Böyük Britaniyanın dövlət nazirini qəbul edib
Qəzzada aclıqdan ölənlərin sayı 300-ə çatdı
12:06 25.08.2025
Qəzzada aclıqdan ölənlərin sayı 300-ə çatdı
"Sədərək"dəki dəhşətli yanğın belə başlayıbmış - VİDEO
11:58 25.08.2025
"Sədərək"dəki dəhşətli yanğın belə başlayıbmış - VİDEO