Azər Badamov: “İranın Ermənistandakı səfiri özünə aid olmayan məsələlərə başını soxur”

Azər Badamov: “İranın Ermənistandakı səfiri özünə aid olmayan məsələlərə başını soxur”
SİYASƏT
21:43 12.11.2023
287
"İranın Ermənistandakı səfiri özünə aid olmayan məsələlərə başını soxur və onun Azərbaycanın suveren əraziləri ilə bağlı İran dövlət başçısından fərqli münasibət bildirməsi başa düşülən deyil”.

AZXEBER.COM xəbər verir ki, Bu fikirləri Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

O qeyd edib ki, İran prezidenti İbrahim Rəisi Daşkəntdə Prezident İlham Əliyevlə görüşü zamanı Qarabağ torpaqlarının Azərbaycanın suveren əraziləri olduğunu vurğulayıb və bu ərazilərimizi separatçılardan təmizləyərək, konstitusion hüquqlarımızı təmin etdiyimizə görə ölkə başçımızı və xalqımızı təbrik edib:

"Rəisi həm də Azərbaycanın suveren ərazilərinin bütövlüyünə hörmətlə yanaşdığını bildirərək ölkəmizlə əməkdaşlığın genişləndirilməsinə sadiq olduğunu bir daha ifadə edib. Bundan bir gün sonra isə Ermənistandakı səfir Mehdi Sübhani tamamilə fərqli mövqe nümayiş etdirir. Belə ki, Qarabağda ermənilərin hüquq və təhlükəsizliklərinin təmin olunmasından, o cümlədən öz müqəddəratının təyin etməsindən danışır. Azərbaycanın ərazi bütövlüyünə qarşı olan səfirin bu münasibətinə görə İran XİN-liyi aydınlıq gətirməlidir. İran dövləti İrəvandakı səfirini Azərbaycanla münasibətlərinə xələl gətirə biləcək belə ifadələri işlətdiyinə görə cəzalandırmalıdır. Əgər belə olmazsa bu, İran dövlətinin ikiüzlü siyasət yürütməsi deməkdir. İran səfiri Qarabağda ermənilərin öz müqəddəratının təyin edilməsindən danışırsa, biz də İrandakı 30 milyondan çox  azərbaycanlının öz müqəddəratının təyin etməsi hüququndan danışmalıyıq. Çünki, İranda yaşayan azərbaycanlılar sadəcə ana dilində  təhsil və mədəniyyət kimi təməl hüquqlarından məhrumdur. Bəli, Qarabağda yaşayan ermənilərin hüquq və təhlükəsizlikləri Azərbaycanın Konstitusiyasına əsasən qorunacaqdır. Konstitusiyamız çox demokratikdir və etnik, dini mənsubiyyətindən asıllı olmayaraq bütün vətəndaşların hüquq və azadlıqlarının təmin olunduğunu qeyd olunur. Amma sual olunur ki, İrandakı azərbaycanlılrarın hüquqları nəyə əsaslanaraq təmin olunur? Təbii ki, İranda sadəcə qəbilə qanunlarına görə azərbaycanlılar milli mənsubiyyətlə bağlı  hüquqlarından məhrum edilib. İran səfiri özünün açıqlamalarına diqqət etməlidir. Səfirlər dövləti təmsil edir və dövlət siyasətini müdafiə etməlidir. Amma belə görünür ki, səfir Mehdi Sübhani  ermənilərin xoşuna gələn ifadələri işlətməklə İranın  dövlət siyasətinə əks gedir. Hesab edirəm ki, ölkəmizin XİN-i İran XİN-nə müvafiq məsələ ilə bağlı nota göndərməlidir. İran dövləti öz səfirinin bütün hərəkətlərinə görə məsuliyyət daşıdığından bu məsləyə də münasibət bildirərərək  mövqeyini açıq şəkildə ifadə etsin. Biz də İranın rəsmi mövqeyi nədən ibarət olduğunu bilərik və  siyasətimizi də ona uyğun tənzimləyərik”.

Xatırladaq ki, İranın Ermənistandakı səfiri Mehdi Sübhani erməni mətbuatına müsahibəsində Qarabağ ermənilərinin öz müqəddəratını təyin etməsi haqqında sərsəm bəyanatla çıxış edib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bu ölkədə vəba epidemiyası elan edilib
20:42 27.06.2026
Bu ölkədə vəba epidemiyası elan edilib
Fərman Həsənov UFC-də qələbə qazanıb
20:35 27.06.2026
Fərman Həsənov UFC-də qələbə qazanıb
Xaricdə təhsil alanların nəzərinə: Möhlət hüququ ilə bağlı qanunvericilikdə dəyişiklik edilə bilər
20:26 27.06.2026
Xaricdə təhsil alanların nəzərinə: Möhlət hüququ ilə bağlı qanunvericilikdə dəyişiklik edilə bilər
Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək
20:14 27.06.2026
Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək
İstanbul hava limanında gərgin anlar: Azərbaycanlı qadının çantasından bunlar çıxdı – VİDEO
19:49 27.06.2026
İstanbul hava limanında gərgin anlar: Azərbaycanlı qadının çantasından bunlar çıxdı – VİDEO
Avtobusda ödəniş etməsəniz, sürücü CƏRİMƏLƏNƏCƏK
19:46 27.06.2026
Avtobusda ödəniş etməsəniz, sürücü CƏRİMƏLƏNƏCƏK
Bu bürclər üçün sevgi və pul qapısı açılır - vaxt çatdı
19:32 27.06.2026
Bu bürclər üçün sevgi və pul qapısı açılır - vaxt çatdı
Servissiz qalan Çin avtomobilləri: Haqsız rəqabət mühiti formalaşır, xaos yaranır
19:22 27.06.2026
Servissiz qalan Çin avtomobilləri: Haqsız rəqabət mühiti formalaşır, xaos yaranır
Ceyhun Bayramov Hakan Fidanla telefonla danışdı
19:16 27.06.2026
Ceyhun Bayramov Hakan Fidanla telefonla danışdı
Həftəsonu daha da dəhşətli olacaq - Son 150 ilin rekordu qeydə alındı
19:14 27.06.2026
Həftəsonu daha da dəhşətli olacaq - Son 150 ilin rekordu qeydə alındı
Motosikleti “protiv” sürüb yolda hamıya təhlükə yaratdı - Araşdırma aparılır - Video
19:09 27.06.2026
Motosikleti “protiv” sürüb yolda hamıya təhlükə yaratdı - Araşdırma aparılır - Video
Oğlunun dəfninə qatılmayıb, məzarına getmir - “Onu torpaq altında təsəvvür edə bilmirəm”
19:04 27.06.2026
Oğlunun dəfninə qatılmayıb, məzarına getmir - “Onu torpaq altında təsəvvür edə bilmirəm”
Azərbaycan Ordusu gücünə görə dünyada neçəncidir?
18:57 27.06.2026
Azərbaycan Ordusu gücünə görə dünyada neçəncidir?
Bakıda binanın damında yeni mənzil tikib satışa çıxardılar - Video
18:53 27.06.2026
Bakıda binanın damında yeni mənzil tikib satışa çıxardılar - Video
“Bir qədər tələsikliyə yol verilib” - AMEA-dan həmin görüntülərlə bağlı açıqlama - Video
18:50 27.06.2026
“Bir qədər tələsikliyə yol verilib” - AMEA-dan həmin görüntülərlə bağlı açıqlama - Video
Əfqanıstanda güclü zəlzələ oldu
18:46 27.06.2026
Əfqanıstanda güclü zəlzələ oldu