Azər Həsrət də seçki qərarı verdi – Xaçmazdan seçkilərə qatılır

Azər Həsrət də seçki qərarı verdi – Xaçmazdan seçkilərə qatılır
SİYASƏT
14:50 22.12.2019
1602
Bu ilin dekabrında Milli Məclisin buraxılması və ardından da 2020-ci ilin 9 fevral tarixinə növbədənkənar seçki təyin edilməsilə biz də marafona qoşulduq. İstər ictimai-siyasi, istərsə də media fəaliyyətimiz nəticəsində qazandığımız təcrübə imkan verir ki, Azərbaycan parlamentində ən fəal deputatlardan biri kimi dövlətimizin xidmətində dayanaq. Özəlliklə də beynəlxalq platformalarda 20 ildən artıq müddətdə Azərbaycan adına uğurlu təmsilçiliyimiz, bir sıra beynəlxalq qurumların üzvü, bəzən də rəhbər orqanlarının təmsilçisi olmağımız imkan verir ki, Milli Məclis üzvü kimi bu faktorlardan dövlətimizin faydası üçün yararlanaq. İndiki şəraitdə – köklü islahatların gedişində tələb edilən çağdaş bacarıqlar – xarici dil bilgisi, yeni kommunikasiya texnologiyalarıyla yüksək səviyyədə iş təcrübəsi bizim deputat kimi fəaliyyətimizin çox uğurlu olacağının əlavə təminatıdır.

AZXEBER.COM xəbər verir ki, bu sözləri Əməkdar jurnalist, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü və xarici əlaqələr komissiyasının sədri, İctimai TV və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvü Azər Həsrət deyib.

Eyni zamanda uzun illərdir Vyanada yerləşən Beynəlxalq Mətbuat İnstitutunun üzvü olan Azər Həsrət bir sıra beynəlxalq jurnalist və insan haqları təşkilatlarıyla işbirliyi ilə də seçilir. O, həmçinin ATƏT, Avropa Şurası, Avropa Birliyinin ayrı-ayrı strukturları, UNESCO, NATO kimi dövlətlərarası qurumlarla da işbirliyi təcrübəsinə malikdir. Məhz ona görə də özünün parlamentdə çox faydalı ola biləcəyinə əmindir:

"Əminəm ki, islahatların uğurunu təmin etmək üçün buraxılmış Milli Məclisə məhz belə təcrübəsi olanların seçilməsi gözlənilən nəticəni verəcək. Bu, günün tələbidir. Biz də o tələbə cavab verdiyimiz üçün seçkiyə qatılırıq”.

Qeyd edək ki, Azər Həsrət həm siyasi, həm ictimai, həm də jurnalist fəaliyyətilə daim gündəmdə olub. Həm milli, həm də beynəlxalq-xarici platformalarda geniş seçki təcrübəsinə malikdir. O, əsasən də milli maraqlara, Azərbaycan dövlətinə hücumlar zamanı ən fəal şəkildə meydanda olmasıyla diqqət çəkir. İngilis, rus, türk dillərində sərbəst şəkildə danışır.

Şəxsən özünün təsdiqlədiyi məlumata görə, Azər Həsrət namizədliyini doğma rayonu Xaçmazdan – 55 saylı dairədən irəli sürməyə qərar verib.

O, bugünlərdə Dairə Seçki Komissiyasına (DSK)  bildiriş təqdim edəcəyini deyib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Uşaqların məktəb çantaları və məktəb ayaqqabıları da eyni olsun" - Elza Seyidcahan
13:09 13.10.2026
"Uşaqların məktəb çantaları və məktəb ayaqqabıları da eyni olsun" - Elza Seyidcahan
Bu şəxslərin iş rejimi dəyişir
12:58 13.10.2026
Bu şəxslərin iş rejimi dəyişir
“Dini inancını hər kəs məktəbdən kənarda sərbəst yaşayır”
12:56 13.10.2026
“Dini inancını hər kəs məktəbdən kənarda sərbəst yaşayır”
“Məktəb vətəndaşlıq mövqeyinin formalaşdığı ictimai mühitdir”
12:54 13.10.2026
“Məktəb vətəndaşlıq mövqeyinin formalaşdığı ictimai mühitdir”
“Sabah” - “Slaviya” oyunu ilə bağlı PROQNOZ: “Oyunun bərabərə bitmə ehtimalı çoxdur”
12:52 13.10.2026
“Sabah” - “Slaviya” oyunu ilə bağlı PROQNOZ: “Oyunun bərabərə bitmə ehtimalı çoxdur”
“Uşaqlar böyüklərin ideoloji mübahisələrinin iştirakçısına çevrilməməlidir”- Deputat
12:37 13.10.2026
“Uşaqlar böyüklərin ideoloji mübahisələrinin iştirakçısına çevrilməməlidir”- Deputat
Metro gücləndirilmiş rejimdə çalışacaq
12:36 13.10.2026
Metro gücləndirilmiş rejimdə çalışacaq
Məşhur astroloqdan həftəlik bürc proqnozu: Bu fürsətləri qaçırmayın!
12:35 13.10.2026
Məşhur astroloqdan həftəlik bürc proqnozu: Bu fürsətləri qaçırmayın!
"Dövlətin qayda-qanunlarına riayət olunmalıdır" - Elxan Şahinoğlu
12:30 13.10.2026
"Dövlətin qayda-qanunlarına riayət olunmalıdır" - Elxan Şahinoğlu
Bir rəqəmsal bankçılıq təcrübəsini “Istanbul Fintech Week” tədbirində təqdim edib
12:23 13.10.2026
Bir rəqəmsal bankçılıq təcrübəsini “Istanbul Fintech Week” tədbirində təqdim edib
Azərbaycan-Laos biznes-forumu keçiriləcək - Prezident açıqladı
12:20 13.10.2026
Azərbaycan-Laos biznes-forumu keçiriləcək - Prezident açıqladı
Dövlət başçısı: Laos Azərbaycan üçün dost ölkədir
12:11 13.10.2026
Dövlət başçısı: Laos Azərbaycan üçün dost ölkədir
Məktəbə daş atdılar, şagirdlər xəsarət aldı - VİDEO
12:00 13.10.2026
Məktəbə daş atdılar, şagirdlər xəsarət aldı - VİDEO
Lənkəranda qadınla 3 yaşlı oğlu bıçaqlandı - Əri saxlanıldı
11:48 13.10.2026
Lənkəranda qadınla 3 yaşlı oğlu bıçaqlandı - Əri saxlanıldı
 İlham Əliyev: Bizi Laosla mina problemi də birləşdirir
11:39 13.10.2026
İlham Əliyev: Bizi Laosla mina problemi də birləşdirir
"Laos tərəfindən Azərbaycan investorlarına konkret layihələr təqdim olunarsa, biz buna baxa bilərik"
11:38 13.10.2026
"Laos tərəfindən Azərbaycan investorlarına konkret layihələr təqdim olunarsa, biz buna baxa bilərik"