"Qarşıdan gələn Növbədənkənar Parlament seçkilərində iştirak edib-etməyəcəyimlə bağlı suala hələ ki, qəti cavab verə bilmirəm”.
AZXEBER.COM xəbər verir ki, bu sözləri Mətbuat Şurasının İdarə Heyətinin üzvü, əməkdar jurnalist Azər Həsrət deyib.
O bildirib ki, uyğun şərtlər olarsa iştirak edə bilər:
"Məni tanıyan bilir. Beynəlxalq platformalarda Azərbaycan adına gördüyüm işlər göz qabağındadır. Əlbəttə ki, edə və görə biləcəyimiz işlər çoxdur, amma hazırkı məqamda sualın cavabı odur ki, hələ parlament seçkilərində namizəd kimi iştirak etmirəm. Çünki seçki zamanı namizəd olmaq üçün gərək yüz ölçüb, bir biçəsən”.
Tanınmış jurnalist əgər namizəd olarsa, hansı seçki məntəqəsindən səs verəcəyini də açıqlayıb:
"Mənə doğulub boya-başa çatdığım Xaçmaz rayonundan çoxsaylı müraciətlər ünvanlanır. Namizəd olmağım xahiş olunur. Əgər namizədliyimizi irəli sürəsi olsam, elə Xaçmaz rayonundan namizəd olub seçkilərdə iştirak edəcəyəm”.
Mikayıl