Azər Kərimli 5-ci dəfə deputat seçilmək istəyir: Namizədliyini verdi

SİYASƏT
11:26 25.12.2019
5231

Deputat Azər Kərimli növbəti dəfə Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə iştirak etmək üçün sənədlərini 112 saylı Qax seçki dairəsinə təqdim edib.

AZXEBER.COM xəbər verir ki, 2000-ci ildən Qaxın deputatı olan Azər Kərimli daha 5 il Qax rayonundan deputat olmaq istəyini rəsmi şəkildə ifadə edib.

Qeyd edək ki, Milli Məclisə seçkilər 9 fevral tarixində baş tutacaq. 


OXŞAR XƏBƏRLƏR