Azər Türk Bank cari ilin birinci rübünü uğurla başa vurdu

İQTİSADİYYAT
11:13 20.04.2023
232
Dövlət bankı Azər Türk Bankın 01 aprel 2023-cü il tarixinə aktivləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 100%-dən çox artaraq, 913,3 milyon manat səviyyəsində olmuşdur.

AZXEBER.COM xəbər verir ki, bankın kredit portfelinin həcmi 367,5 milyon manat təşkil etmişdir ki, bu da ötənilki göstəriciyə nisbətən 50% çoxdur.
Cari ilin birinci rübü ərzində Bankın gəlirləri keçən ilin eyni dövrü ilə müqayisədə 115% yüksəlməklə 20,9 milyon manat, xərcləri 17,7 milyon manat olmuşdur.

2023-cü ilin ilk üç ayında Azər Türk Bank 3 milyon manatdan çox xalis mənfəət əldə etmişdir ki, bu da ötən dövrdəki göstəricidən dəfələrlə çoxdur. 
Bankın məcmu kapitalının həcmi 28% artaraq, 66,8 milyon manat olmuşdur.

Cəmi bank öhdəliklərinin həcmi 120% artımla 840,5 milyon manat səviyyəsindədir.

Bankın depozit portfeli 153% böyüyərək, 245,7 milyon manat təşkil etmişdir.

Əhali tərəfindən Banka ötən dövrdəkindən iki dəfə çox, 88 milyon manat məbləğində əmanət qoyulmuşdur. 

Bankın aktivlərinin gəlirlilik əmsalı (ROA) 0,98%, kapitalın gəlirlilik əmsalı (ROE) 13,1% təşkil etmişdir ki, bu göstəricilər keçən ilin eyni dövrünə nisbətən dəfələrlə yüksəkdir.

1995-ci ildən fəaliyyət göstərən "Azər-Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.

Azərbaycan Respublikası Prezidentinin 16 iyul 2022-ci il tarixli Fərmanı ilə "Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilmişdir.



OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

18:39 12.02.2025

İran Trampın təzyiqinə görə ABŞ ilə danışıqlardan imtina edib

18:26 12.02.2025

Ermənistan hərbçiləri ABŞ-də hərbi təlimlərdə iştirak edir

17:54 12.02.2025

Əfv Məsələləri Komissiyasının ilk iclası keçirilib, 100-dən çox müraciətə baxılıb

17:38 12.02.2025

Sumqayıt Dövlət Universitetinə yeni rektor əvəzi təyin olundu - RƏSMİ

17:37 12.02.2025

Polşada ən çox bu ölkələrin vətəndaşları cinayət törədib: Gürcüstan, Ukrayna, Belarus

17:32 12.02.2025

"Azərbaycan bizim ölkəyə Afrika bazarlarının qapısı kimi baxa bilər"

17:23 12.02.2025

“Yapı Kredi Bank” Azərbaycanda müştərilərin ən çox şikayət etdiyi bank oldu - SİYAHI

17:21 12.02.2025

Somali Prezidenti: Azərbaycan bizim ölkəyə Afrikanın bazarlarına qapı kimi baxa bilər

17:19 12.02.2025

İlham Əliyev: Azərbaycanda təhsil alan Somalidən olan tələbələrin sayı artacaq

17:15 12.02.2025

Əməliyyata pulumuz çatmadı, yoldaşımı itirdik - "Talassemiya işi"

17:10 12.02.2025

Evi olmayan şəxs həbsə girmək üçün cinayət işlədi

16:53 12.02.2025

Sevda Ələkbərzadə Bakı Konqres Mərkəzində konsert verəcək

16:48 12.02.2025

Polisə dəstək olanların xüsusi geyim formaları olacaq

16:46 12.02.2025

Yığışdırın rus dilində danışanlara "mız qoymağı!" - Nura

16:33 12.02.2025

Xudayarın anasını təhqir edən şəxs həbs olundu

16:16 12.02.2025

İrandan Naxçıvana 101 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı