Dövlət bankı Azər Türk Bank fiziki şəxslərə 12 ayadək olan müddətə illik faiz dərəcəsi11% və 0% komissiya ilə təklif edilən istehlak kreditləri üzrə kampaniyanın vaxtını uzatdı.
24 ayadək olan kreditlər, illik faiz dərəcəsi 15% həcmində olmaqla, 1% komissiya ilə verilir
36 ayadək olan kreditlər illik 16%-lə, 48 aylıq kreditlər illik 17%-lə rəsmiləşdirilir.
Ortaaylıq rəsmi gəlirindən asılı olaraq, hər bir şəxsin zaminlə ala biləcəyi kreditin maksimal məbləği 40 000 manatdır.
Azər Türk Bankın saytında kreditionline sifarişvermək olar.
Kampaniya 2025-ci il 16 iyun daxil olmaqla, həmin tarixədək davam edəcəkdir.
Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatıhttps://atb.azsaytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp(055) 7770 945, yaxud 945 nömrəliÇağrı Mərkəzindənəldə edə bilərsiniz.