Azər Türk Bank onlayn xidmətləri genişləndirir

Azər Türk Bank onlayn xidmətləri genişləndirir
İQTİSADİYYAT
15:18 29.06.2022
363

Dövlət bankı Azər Türk Bank klassik bank modelindən uzaqlaşaraq, müasir elektron xidmət şəbəkəsi yaratmaq əzmindədir.

 

AZXEBER.COM xəbər verir ki, bankın qurduğu ekosistem müştərilərə, o cümlədən hüquqi şəxs və fərdi sahibkarlara  tam olaraq onlayn  qaydada  xidmət göstərməyə lazımi imkan verir.


Artıq neçə müddətdir Bankın saytında yer almış https://hub.atb.az/ portalından müştərilər məmnunluqla istifadə edirlər.


Bu portal korporativ müştərilərin Bankla təmasını bütünlüklə rəqəmsallaşdırmağa şərait yaratmış bir həlldir.

 

24/7 rejimində çalışan, müştərilərə bank əməliyyatlarının məsafəli, təhlükəsiz və sürətli şəkildə həyata keçirmək imkanı verən "ATB Business” internet və mobil bankçılıq tətbiqləri ilə yanaşı, hub.atb.az portalı vasitəsilə bütün növ müştəri müraciətləri və sifarişlərinin elektron qaydada qəbulu və icrası, qarşılıqlı sənəd mübadiləsi, sənədlərin imzalanması təmin edilir.


İmkanları daima genişlənən portal hazırda 4 istiqamətdə xidmət göstərir:


Növbə anketi— bu imkan sayəsində müştərilər Banka müraciət ünvanlamaqla, aparılmalı olan əməliyyatlarını öncədən sifariş edir və Banka gələrkən onlara növbədənkənar, qısa müddət ərzində xidmət göstərilir;


İnternet bankçılıq müraciəti— Bankda distant hesab açmış korporativ müştərilər buradan "ATB Business” internet və mobil bankçılıq tətbiqlərinə qoşulmanı rahatlıqla edə bilirlər;


Elektron sənəd dövriyyəsi– portalın bu həlli sayəsində Bank və müştərilər qarşılıqlı, istərsə də birtərəfli qaydada müxtəlif sənəd (ərizələr, arayışlar, müraciətlər və s.) mübadiləsini, elektron şəkildə sənədlərin "Asan İmza” vasitəsilə imzalanması (bütün növ müqavilələr, sazişlər, razılaşmalar və s.) və arxivləşdirilməsi həyata keçirilir;


Terminaldan məxaric – korporativ müştərilər hesablarından vəsaitlərin məxaricini rahat şəkildə, növbəsiz rəsmiləşdirə və bankın müxtəlif xidmət strukturlarında quraşdırılmış müasir ADM terminallar vasitəsilə əldə edə bilirlər.


Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatıwww.atb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 3000 945, yaxud 945 nömrəli Çağrı Mərkəzindən əldə edə bilərsiniz.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Günəşdə güclü alışma baş verib
10:19 25.05.2025
Günəşdə güclü alışma baş verib
İlham Əliyev Ukraynanın xarici işlər nazirini qəbul etdi
10:10 25.05.2025
İlham Əliyev Ukraynanın xarici işlər nazirini qəbul etdi
Bu gün imtahandır - Xankəndidə ilk
10:09 25.05.2025
Bu gün imtahandır - Xankəndidə ilk
Mask “X”-də yaranan nasazlıqdan sonra öz şirkətlərinə fokuslanmaq qərarına gəlib
06:46 25.05.2025
Mask “X”-də yaranan nasazlıqdan sonra öz şirkətlərinə fokuslanmaq qərarına gəlib
Tramp: ABŞ Rusiya-Ukrayna müharibəsində dronlardan istifadə təcrübəsini öyrənir
03:26 25.05.2025
Tramp: ABŞ Rusiya-Ukrayna müharibəsində dronlardan istifadə təcrübəsini öyrənir
ABŞ-nin xüsusi nümayəndəsi Suriya Prezidenti ilə görüşüb
03:15 25.05.2025
ABŞ-nin xüsusi nümayəndəsi Suriya Prezidenti ilə görüşüb
KİV: İsrail Ordusu bütün quru və tank qoşunlarını Qəzzaya yerləşdirib
01:24 25.05.2025
KİV: İsrail Ordusu bütün quru və tank qoşunlarını Qəzzaya yerləşdirib
Sibel Can ərə getməsi xəbərini təkzib edib
00:11 25.05.2025
Sibel Can ərə getməsi xəbərini təkzib edib
Zelenski: Əsir mübadiləsinin üçüncü mərhələsi mayın 25-də baş tutacaq
23:40 24.05.2025
Zelenski: Əsir mübadiləsinin üçüncü mərhələsi mayın 25-də baş tutacaq
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında dördüncü günün yekunu
23:30 24.05.2025
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında dördüncü günün yekunu
Azərbaycan əsilli İran rejissoru "Qızıl Palma budağı"na layiq görülüb
23:08 24.05.2025
Azərbaycan əsilli İran rejissoru "Qızıl Palma budağı"na layiq görülüb
Fransada elektrik şəbəkəsinin təxribatı ilə bağlı təhqiqat başlayıb
22:47 24.05.2025
Fransada elektrik şəbəkəsinin təxribatı ilə bağlı təhqiqat başlayıb
Zabrat 2 - Sabunçu sahəsində qatarın qarşısına qəfil çıxan şəxs xəsarət alıb
22:23 24.05.2025
Zabrat 2 - Sabunçu sahəsində qatarın qarşısına qəfil çıxan şəxs xəsarət alıb
Azərbaycanda DƏHŞƏT: Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ
22:15 24.05.2025
Azərbaycanda DƏHŞƏT: Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ
Ermənistanda onlarla vəzifəli şəxs barədə cinayət işləri məhkəməyə göndərilib
21:52 24.05.2025
Ermənistanda onlarla vəzifəli şəxs barədə cinayət işləri məhkəməyə göndərilib
Premyer Liqa: "Sabah" mövsümdəki son oyununda "Neftçi"yə qalib gəlib
21:27 24.05.2025
Premyer Liqa: "Sabah" mövsümdəki son oyununda "Neftçi"yə qalib gəlib