Azər Türk Bank “Payız kampaniyası”na başladı

İQTİSADİYYAT
12:50 09.09.2020
212
Daim müştərilərinin rifahı və rahatlığını düşünən dövlət bankı Azər Türk Bank ödəniş kartları üzrə "Payız kampaniyası”na start verir.

AZXEBER.COM xəbər verir ki, kampaniya ərzində ölkə üzrə yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə və profilaktika tədbirlərində iştirak edən, bu istiqamətdə görülən işlərdə əzmkarlıq göstərən müxtəlif dövlət qurumlarının əməkdaşlarına 3 illik MC Debit kartı Bank tərəfindən pulsuz təklif ediləcəkdir.

Bu kampaniyadan səhiyyə işçiləri, Daxili İşlər Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti və tabeliklərindəki qurumların əməkdaşları, prokurorluq orqanlarında çalışan şəxslər faydalana biləcəklər.

Bundan əlavə, digər müştərilər kampaniya müddətində bütün debet kartları dəyərinin 50 faizi həcmində əldə edə biləcəklər.

Kampaniya 09 sentyabrdan 31 oktyabr tarixinədək davam edəcəkdir.

Kart almaq üçün Bankın istənilən xidmət ofisinə gələrək şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə, yaxud onlayn sifariş vermək olar.

Daha ətraflı məlumatı www.atb.az saytından, Bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770-945, yaxud (012) 945 nömrəli çağrı mərkəzindən əldə edə bilərsiniz.

OXŞAR XƏBƏRLƏR

X Mostbet