Azər Türk Bank sahibkarlara mühasibat və məsləhət xidmətləri təklif edir

İQTİSADİYYAT
12:41 03.03.2021
418
Dövlət bankı Azər Türk Bank hesab açmaq üçün Banka müraciət edən hüquqi şəxslərə yeni biznesin qurulması və ya mövcud biznesin rəsmiləşdirilməsi üçün ilkin qeydiyyat və ilkin vergi konsultasiyasını ödənişsiz olaraq təklif edir.

AZXEBER.COM xəbər verir ki, bank, həmçinin, müştərilərə mühasibat və məsləhət xidmətlərini, vergi bəyannamələrinin hazırlanması işlərini 30% endirimlə yerinə yetirir.

Sözugedən xidmətləri əldə etmək üçün müvafiq qoşulma ərizəsinin doldurularaq "ATB Business” internet-bankçılıq vasitəsilə Banka göndərilməsi yetərlidir. Xidmət paketindən müştərinin təyin etdiyi üç nəfər istifadəçi yararlana bilər.

Daha ətraflı məlumatı https://atb.az saytından, Bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, Whats App (055) 7770-945, yaxud (012) 945 nömrəli Çağrı mərkəzindən əldə edə bilərsiniz.
OXŞAR XƏBƏRLƏR