Azər Türk Bankdan 10% cashback kampaniyası

İQTİSADİYYAT
11:17 31.05.2024
313

Dövlət bankı Azər Türk Bank Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə atb Junior kartı ilə ödənişlər üzrə yeni kampaniyaya başlayır.

Belə ki, 1 iyun 2024-cü il tarixindən etibarən ölkə daxilindəki:

·       əyləncə mərkəzlərində;

·       oyuncaq mağazalarında;

·       kitab mağazalarında;

·       kinoteatrlarda;

·       teatrlarda;

atb Junior kartı ilə ödənişlər zamanı Azər Türk Bankın müştərilərinə 10% həcmində cashbackhesablanacaqdır.

Kampaniyanın müddəti 7 iyun daxil olmaqla həmin tarixədəkdir.

Hesablanacaq maksimum cashback limiti 200 manat həcmindədir.

Qeyd edək ki, atb Junior kartı 6-16 yaş arası uşaqlar üçün nəzərdə tutulmuşdur.

Beşillik xidmət müddətli atb Junior kartını valideynlər Bankın saytında ödənişsiz onlayn sifariş verə bilərlər.

Bu kart vasitəsilə bankomatda xidmət haqqı tutulmadan 200 AZN-dək nağdlaşdırma etmək olar.

 

atb Junior kartının sahibi atb360 tətbiqini smartfonuna yükləyə və Google PayApple Pay təmassız ödəniş sistemlərinə qoşula bilirlər.

 

Xatırladırıq ki, atb Junior kartlarındakı qalıq vəsaitə illik 6% gəlirhesablanır.

 

Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı https://atb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770 945, yaxud 945 nömrəli Çağrı Mərkəzindən əldə edə bilərsiniz.

OXŞAR XƏBƏRLƏR