Azər Türk Bankdan kart müştəriləri üçün bayram kampaniyası

İQTİSADİYYAT
14:57 19.06.2023
379

Dövlət bankı Azər Türk Bank müqəddəs Qurban bayramı münasibətilə Google PayApple Pay təmassız ödəniş sistemləri vasitəsilə ölkə daxilində əməliyyatlar üzrə kampaniyaya başlayır.


AZXEBER.COM xəbər verir ki, 19 iyun tarixindən etibarən ATB Card debit və yeni nəsil əməkhaqqı kartlarıilə marketlərdə ödənişlər zamanı Azər Türk Bankın müştərilərinə 7% həcmində cashbackhesablanacaqdır.

 

Kampaniyanın müddəti 2 iyul daxil olmaqla həmin tarixədəkdir.


Bildiririk ki, cashback ay ərzində toplanır və hər növbəti ayın 5-dək müştərinin hesabına qaytarılır.


Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatıhttps://atb.azsaytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770 945, yaxud 945 nömrəliÇağrı Mərkəzindənəldə edə bilərsiniz.

OXŞAR XƏBƏRLƏR