BAKU AZƏRBAYCAN
6°C
euro 1.8398
dollar 1.7000
rubl 0.0224
lirə 0.2510

Azər Türk Bankdan öz biznesini qurmaq istəyənlərə müjdə

Azər Türk Bankdan öz biznesini qurmaq istəyənlərə müjdə
İQTİSADİYYAT
10:30 27.02.2020
3469
Azər Türk Bank tərəfindən müştərilərin ixtiyarına verilmiş "startup” krediti məhsulu şəxsi biznesini qurmaq arzusunda olan, həmçinin özünə məxsus yeni, fəaliyyətinin bir ili tamam olmamış təsərrüfat subyektini inkişaf etdirmək istəyən şəxslər üçün nəzərdə tutulub.
 
Beş il müddətinədək rəsmiləşdirilən kreditin məbləği 50 000 manatadək müəyyən edilmişdir.  Daim yeniliklərə dəstək olan Azər Türk Bank təklif edilən kreditin illik faiz dərəcəsinin 7%-dən başlanması barədə qərar vermişdir.

Bundan əlavə, Bank uğurlu başlanğıc və işlərin şəffaf, qanunun tələblərinə uyğun aparılması üçün sahibkarlara İlkin vergi konsultasiyası və İlkin dövlət qeydiyyatı xidmətlərini də təmənnasız olaraq təklif edir.

"startup” kreditini əldə etmək arzusunda olan sahibkarlar onlayn müraciət göndərərək, tamamilə ödənişsiz hesab açmaqla, Bankın korporativ müştərisi ola bilərlər.
 
Daha ətraflı məlumatı www.atb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770 945, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərsiniz.

OXŞAR XƏBƏRLƏR