Azər Türk Bankdan zaminsiz və komissiyasız istehlak kreditləri

İQTİSADİYYAT
10:57 01.06.2023
188

Dövlət bankı Azər Türk Bank iyun ayının 1-dən başlayaraq fiziki şəxslərə, onların orta aylıq xalis gəlirlərindən asılı olaraq, 30 000 manatadək kreditləri zaminsiztəklif edir.


AZXEBER.COM xəbər verir ki, bu istehlak kreditləri üzrə illik faiz dərəcəsi 12,5%-dən başlayır.


24, 36, 48 ayadək rəsmiləşdirilən kreditlərin illik faiz dərəcəsi, 13%, 14%, 15% səviyyəsindədir. Kreditlər üzrə komissiya - 0%.


Azər Türk Bankın internet səhifəsində krediti onlayn sifariş vermək olar.


Kampaniya 25 iyun daxil olmaqla həmin tarixədək qüvvədədir.


Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı https://atb.azsaytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770 945, yaxud 945 nömrəli Çağrı Mərkəzindən əldə edə bilərsiniz.

OXŞAR XƏBƏRLƏR