30 il öncə, 1995-ci ildə Ulu Öndər Heydər Əliyev və Türkiyə Cümhuriyyətinin baş nazirinin iştirakı ilə Azər Türk Bank dövlət bankının açılış mərasimi baş tutmuşdur.
Yeni iqtisadi islahatların həyata keçirildiyi, ictimai-siyasi sabitliyin yenicə bərqərar olduğu bir zamanda yaranan Azər Türk Bank ixtisaslaşdırılmış bank kimi özünü təqdim və təsdiq etmək yolunda ilk addımlarını atmışdır.
Artıq bu gün yeni texnologiyalardan istifadə, innovativ filialların istifadəyə verilməsi, təmassız ödəniş sistemlərinin tətbiqi və bu istiqamətdə görülən bir çox işlər sayəsində müştərilərə xidmət səviyyəsinin müasir dünyanın meyarlarına uyğunlaşdırılmasına nail olunmuşdur.
Hazırda Bakı, Naxçıvan, Gəncə, Sumqayıt və Şirvan şəhərlərində Bankın 17 filialı fəaliyyətdədir. Korporativ və KOB müştərilərinə 8 filial xidmət göstərir.
"Azər-Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.