"Azəravtoyol"dan şok yenilik: gözəgörünməz texnikalar səhərə qədər qar təmizləyib - FOTOLAR

"Azəravtoyol"dan şok yenilik: gözəgörünməz texnikalar səhərə qədər qar təmizləyib - FOTOLAR
SOSİAL
11:24 01.02.2017
22691
Bakıya yağan qar nəticəsində yollar bağlanıb. Şəhərin müxtəlif istiqamətlərində yollarda hərəkət iflic vəziyyətinə düşüb, avtomobillərin hərəkətində məhdudiyyətlər yaranıb. Şəhərin Ziya Bünyadov küçəsi, Mətbuat prospekti istiqamətində yolları tamamilə qar örtüb.

"Sputnik Azərbaycan"ın əməkdaşlarının verdiyi məlumata görə, hazırda Bakı-Sumqayıt yolunda qarın çoxluğu səbəbindən tıxac müşahidə edilir. Zığ şossesində, Hövsan, Əhmədli və Günəşli qəsəbələri ərazisində, Binəqədi rayonunda yolların qarla örtülməsi səbəbindən avtomobillərin hərəkəti iflic vəziyyətinə düşüb. "Azəravtoyol" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli isə "Sputnik Azərbaycan"a bildirib ki, qurumun bütün texniki vasitələri gecədən səhərə qədər yolları təmizləyib, yollara duz səpilib:

"Azəravtoyol" ASC-nin balansında olan bütün yollarda hal-hazırda da iş gedir. Bütün texniki vasitələr işə cəlb edilib. Qar yağan ərazilər təmizlənir, buz bağlayan yollara duz-qum qarışığı səpilib. Hazırda hər hansı problem müşahidə olunmur".

Nəcəflinin sözlərinə görə, yollarda nəqliyyatın hərəkəti üçün normal şərait var. Qışa tam hazırlıqlı avtomobillər üçün yollarda heç bir problem yaranmır:

"Sürüşmə və yaxud digər problemlər yaşayan sürücülər avtomobili qışa hazır olmayan sürücülərdir. Buna görə də yollarda onların problemləri müşahidə edilir. Bəzi sürücülər avtomobillərin təkərini qış təkəri ilə əvəz etmir, elə yay təkəri ilə sürürlər. Bu avtomobillər yollar təmizlənsə də, təmizlənməsə də problem yaşayacaqlar".

Nəcəfli əlavə edib ki, belə avtomobillər həm "Azəravtoyol"un texnikasına, həm də digər sürücülərin hərəkətinə mane olurlar. Bu səbəbdən də "Azəravtoyol" ASC qışa hazırlıqsız avtomobillərin yollara çıxmamasını məsləhət görür".

Qeyd edək ki, qarın yağması ilə marşrut üzrə hərəkət edən avtobusların da hərəkətində məhdudiyyət yaradıb. Taksi xidməti göstərən sürüclər isə gedişhaqqını həddən artıq bahalaşdırıblar.

Taksi xidmətlərinin telefon nömrələrinə isə düşmək mümkün deyil.

Baxmayaraq ki, "Azəravtoyol"un nümayəndəsi şəhərin yollarında texnikanın köməyi ilə müvafiq təmizlik işlərinin aparıldığını deyir, əməkdaşlarımız bunun şahidi olmayıblar. Misal üçün, şəkillərdən də gördüyünüz kimi Yasamal ərazisində qartəmizləyən texnikadan əsər-əlamət yoxdur. Yollarda maşınlar və adamlar çətinliklə hərəkət edirlər.


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Sabah bu ərazilərdə qaz olmayacaq
18:08 13.03.2025
Sabah bu ərazilərdə qaz olmayacaq
Rusiyada miqrantların ölkəyə girişinin tamamilə qadağan etmək təklif olunub
18:03 13.03.2025
Rusiyada miqrantların ölkəyə girişinin tamamilə qadağan etmək təklif olunub
Ermənistan XİN: İrəvan Bakı ilə sülh sazişinin imzalanma vaxtını və yerini müzakirə etməyə hazırdır
17:51 13.03.2025
Ermənistan XİN: İrəvan Bakı ilə sülh sazişinin imzalanma vaxtını və yerini müzakirə etməyə hazırdır
Putin bu gün Trampın nümayəndəsi ilə görüşəcək
17:44 13.03.2025
Putin bu gün Trampın nümayəndəsi ilə görüşəcək
Məşhurlar DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin qonaqları olublar - FOTOLAR
17:32 13.03.2025
Məşhurlar DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin qonaqları olublar - FOTOLAR
Novruz bayramı niyə əvvəlki kimi qeyd olunmur? - VİDEOSORĞU
17:26 13.03.2025
Novruz bayramı niyə əvvəlki kimi qeyd olunmur? - VİDEOSORĞU
Azərbaycanlı idmançı dostu ilə birlikdə Kiyevdə itkin düşdü
17:08 13.03.2025
Azərbaycanlı idmançı dostu ilə birlikdə Kiyevdə itkin düşdü
Prezident Fatih Birola “Dostluq” ordenini təqdim edib - FOTOLAR
17:00 13.03.2025
Prezident Fatih Birola “Dostluq” ordenini təqdim edib - FOTOLAR
Taksidə əlavə ödəniş tələbi qadağan edildi
16:58 13.03.2025
Taksidə əlavə ödəniş tələbi qadağan edildi
İtaliyalı jurnalist Mətbuat Şurasında olub - FOTOLAR
16:34 13.03.2025
İtaliyalı jurnalist Mətbuat Şurasında olub - FOTOLAR
Müğənni Qismət uzun illər sonra üzə çıxdı - VİDEO
16:33 13.03.2025
Müğənni Qismət uzun illər sonra üzə çıxdı - VİDEO
Neft Emalı Zavodunda yanğından 3 gün sonra da təhlükə yaranıbmış - DTX-də cinayət işi açıldı
16:32 13.03.2025
Neft Emalı Zavodunda yanğından 3 gün sonra da təhlükə yaranıbmış - DTX-də cinayət işi açıldı
Ermənistan Azərbaycanın şərtlərini qəbul edib - Ceyhun Bayramov
16:19 13.03.2025
Ermənistan Azərbaycanın şərtlərini qəbul edib - Ceyhun Bayramov
Bu kərə yağının tərkibində yağ turşuları aşkarlandı - Satışdan çıxarılır
16:01 13.03.2025
Bu kərə yağının tərkibində yağ turşuları aşkarlandı - Satışdan çıxarılır
"Ermənistanla sülh sazişinin mətni üzrə danışıqlar prosesi yekunlaşıb"
15:49 13.03.2025
"Ermənistanla sülh sazişinin mətni üzrə danışıqlar prosesi yekunlaşıb"
Bu gənclər sizi təəccübləndirəcək: "Hazırladığımız oyunlar dünyaya səs salacaq" -  VİDEO
15:44 13.03.2025
Bu gənclər sizi təəccübləndirəcək: "Hazırladığımız oyunlar dünyaya səs salacaq" - VİDEO