AZXEBER.COM məlumatına görə, gənc şair müsəlmanların müqəddəs kitabı Qurani-kərimi təhqir edib.
"Evimizdəki Quranın bir səhifəsini cırmışam, oturub gün sayıram ki, meymuna çevriləcəm, ya da ev başıma uçacaq... Qorxuram”, - deyə Emin Akif qeyd edib.
Onun bu şərhini izləyicilər birmənalı qarşılamayıb. Şərhlərdə qeyd olunur ki, Emin Akif gənc şair olduğundan tanınmaq üçün belə şərh yazıb.
Qeyd edək ki, ortaya ciddi nəticə qoya bilməyən bir qrup gənc şairin milli mənəvi dəyərlərimizə, şəxsiyyətlərimizə sataşaraq, özünü reklam etməsi ənənə halını alıb. Emin adlı gənc də həmin sıraya daxil olub.