‘Azerbaijans.com’ -un radiosu fəaliyyətə başladı

‘Azerbaijans.com’ -un radiosu fəaliyyətə başladı
MEDİA
16:40 02.05.2012
1606

Sayt istifadəçiləri radio dinləmək imkanı qazanıblar

AZXEBER.COM-a verilən məlumata görə, bundan sonra istifadəçilər “azerbaijans.com” saytından Azərbaycanın muğam, xalq, estrada, instrumental musiqilərini, aşıq havalarını, milli caz ifalarını, “Eurovision”, türk və xarici estrada nümunələrini dinləyə biləcəklər. Belə ki, bu günlərdə daha bir uğurlu yenilənməyə imza atan saytın radiosu fəaliyyətə başlayıb. İnternet Radio https://radio.azerbaijans.com 24 saat efirdə olacaq. Radio istifadəçilərinin rahatlığı üçün sayta müxtəlif pleyerlər də yerləşdirilib.

OXŞAR XƏBƏRLƏR