Azərbaycandan Ermənistana təklif: 100-ə qədər erməni hərbçisinin cəsədini geri verə bilərik

Azərbaycandan Ermənistana təklif: 100-ə qədər erməni hərbçisinin cəsədini geri verə bilərik
SİYASƏT
16:00 14.09.2022
291
Azərbaycan beynəlxalq humanitar hüquqa və humanizm dəyərlərinə sadiqliyini nümayiş etdirərək Ermənistanı atəşkəsə çağırır və cari ilin 12-13 sentyabr tarixlərində ölkəmizin ərazi bütövlüyünə qarşı təxribatın qarşısının alınması nəticəsində həlak olmuş 100-ə qədər Ermənistan hərbçisinin cəsədlərini birtərəfli qaydada qarşı tərəfə təhvil verməyə hazır olduğunu bildirir.

Bu barədə AZXEBER.COM-a Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verilib.

Bildirilib ki, bununla əlaqədar Beynəlxalq Qızıl Xaç Komitəsi də məlumatlandırılıb.
OXŞAR XƏBƏRLƏR