Azərbaycan 2023-cü ildə Türkmənistan qazının əsas tədarükçülərindən biri olub

Azərbaycan 2023-cü ildə Türkmənistan qazının əsas tədarükçülərindən biri olub
İQTİSADİYYAT
17:00 10.02.2024
395
Mərkəzi Asiyada ən çox təbii qaz satan Türkmənistan 2023-cü ildə hasilatını 6,9 %, ixracını isə 12,6 % artırıb.

AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, 2023-cü ildə ölkə qazını əsasən Çinə, o cümlədən Rusiya, Azərbaycan və Özbəkistana satıb və ümumilikdə 80,6 milyard kubmetr qaz hasil edib.

Bu rəqəmlər Türkmənistan Prezidenti Sərdar Berdıməhəmmədovun supernəhəng "Qalkınış” neft-qaz yatağının sənaye işlənməsinin əhəmiyyətindən və Xəzər dənizinin milli sektorunun kəşfiyyatı və işlənməsində xarici şirkətlərin iştirakından danışdığı hökumətin iclasında açıqlanıb.

Dövlət başçısı həmçinin Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan (TAPI) qaz kəmərinin tikintisini də diqqət mərkəzində saxlamağı tapşırıb.

Məlumdur ki, 2024-cü ilə qədər Türkmənistan qazının Azərbaycana tədarükü İran vasitəsilə svop yolu ilə həyata keçirilirdi. 2021-ci il noyabrın 28-də Aşqabadda imzalanmış üçtərəfli svop sazişinə uyğun olaraq, ildə 1,5-2 milyard kubmetrədək Türkmənistan qazının tədarükü, sonra isə bu həcmlərin 3-4 milyard kubmetrə qədər artırılması nəzərdə tutulurdu.

Bununla belə, Türkmənistandan Azərbaycana İran vasitəsilə qazın svop tədarükü müvəqqəti olaraq dayandırılıb və Bakı ilə Axşabad arasında yeni razılaşma əldə edildikdən sonra bərpa oluna bilər.

Tədarüklər 2022-ci ilin yanvarında gündəlik 5-6 milyon kubmetr həcm ilə başlayıb. Elə həmin ilin martına qədər vurulan qazın sutkalıq həcmi 7 milyon kubmetrə yüksəlib.

Hazırda Türkmənistan qazının Azərbaycan vasitəsilə Türkiyəyə nəqli imkanları da müzakirə olunur.

Qeyd edək ki, Azərbaycanda 2024-cü il yanvarın 1-dən svop sazişi üzrə xam neft və təbii qaz idxalı üç il müddətinə ƏDV-dən azad edilib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prezident və Birinci xanım Hacı Murad Yegizarovla vida mərasiminə əklil göndəriblər
12:22 16.09.2025
Prezident və Birinci xanım Hacı Murad Yegizarovla vida mərasiminə əklil göndəriblər
Nazpəri Dostəliyeva: Onun məzarına  gəlməyi özümə borc bildim
12:14 16.09.2025
Nazpəri Dostəliyeva: Onun məzarına gəlməyi özümə borc bildim
"Paşinyanın fikirləri tamamilə həqiqətə uyğundur, Ermənistan ordusu Azərbaycan ilə müqayisə oluna bilməz"
12:10 16.09.2025
"Paşinyanın fikirləri tamamilə həqiqətə uyğundur, Ermənistan ordusu Azərbaycan ilə müqayisə oluna bilməz"
"“Bakı Metropoliteni”ndə interval azaldıldı, sıxlıq aradan qalxacaqmı? - Ekspert danışdı
12:04 16.09.2025
"“Bakı Metropoliteni”ndə interval azaldıldı, sıxlıq aradan qalxacaqmı? - Ekspert danışdı
"Antiterror əməliyyatı yalnız hərbi nailiyyətlərlə məhdudlaşmadı"
11:57 16.09.2025
"Antiterror əməliyyatı yalnız hərbi nailiyyətlərlə məhdudlaşmadı"
"Rusiya müharibəni Avropanın sərhədlərinə doğru genişləndirə biləcəyi mesajını verir”
11:30 16.09.2025
"Rusiya müharibəni Avropanın sərhədlərinə doğru genişləndirə biləcəyi mesajını verir”
Unibank neft sektoru işçiləri üçün komissiyasız kredit kampaniyası keçirir
11:16 16.09.2025
Unibank neft sektoru işçiləri üçün komissiyasız kredit kampaniyası keçirir
"Anamın ölümünü qardaşımın paylaşımından öyrəndim" - Namiq Qaraçuxurlu
11:10 16.09.2025
"Anamın ölümünü qardaşımın paylaşımından öyrəndim" - Namiq Qaraçuxurlu
Bir evdən 6 uşaq məktəbə getdi
11:09 16.09.2025
Bir evdən 6 uşaq məktəbə getdi
“Bir müddət onu efirə dəvət etməyəcəyik” - Zümrüd Faiq Ağayev haqda danışdı
10:49 16.09.2025
“Bir müddət onu efirə dəvət etməyəcəyik” - Zümrüd Faiq Ağayev haqda danışdı
Bu küçədə nəqliyyatın hərəkətində dəyişikliklər edilir
10:44 16.09.2025
Bu küçədə nəqliyyatın hərəkətində dəyişikliklər edilir
Yol polisindən "Formula-1" ilə bağlı sürücülərə MÜRACİƏT
10:33 16.09.2025
Yol polisindən "Formula-1" ilə bağlı sürücülərə MÜRACİƏT
Azərbaycanda orta aylıq əməkhaqqı artacaq - bu tarixdən
10:25 16.09.2025
Azərbaycanda orta aylıq əməkhaqqı artacaq - bu tarixdən
Ufuk Özkanın ailəsindən intihar iddiaları ilə bağlı AÇIQLAMA
10:22 16.09.2025
Ufuk Özkanın ailəsindən intihar iddiaları ilə bağlı AÇIQLAMA
Narkokuryer həbs olundu
09:57 16.09.2025
Narkokuryer həbs olundu
Qohumunun evindən 62 min manatlıq oğurluq etdi - Özünə maşın aldı
09:45 16.09.2025
Qohumunun evindən 62 min manatlıq oğurluq etdi - Özünə maşın aldı