Azərbaycan 3 medal uddu

İDMAN
10:15 09.04.2012
1471

Rusiyanın Anapa şəhərində Nikolay Pavlyukovun xatirəsinə həsr olunmuş gənclər arasında boks üzrə beynəlxalq turnirə yekun vurulub.

AZXEBER.COM-un məlumatına görə, Azərbaycan milli komandası yarışda 1 qızıl, 1 gümüş, 1 bürünc medala sahib olub. 81 kq çəki dərəcəsində mübarizə aparan gənclər arasında Avropa çempionu Rauf Rəhimov finalda Qazaxıstan boksçusu Denislam Abdeşevi məğlub edərək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Orxan Mayıllı (75 kq) yalnız finalda qazaxıstanlı Daulet Bayqabatova uduzaraq, 2-ci yerə layiq görülüb. 49 kq çəki dərəcəsində yarışan Ceyhun İbrahimli isə Anapadan Vətənə bürünc medalla dönüb. Qeyd edək ki, 12 ölkə boksçularının iştirak etdiyi yarışda Azərbaycan ümumi komanda hesabında 5-ci yerlə kifayətlənib. Rusiya 1-ci, Özbəkistan 2-ci, Qazaxıstan isə 3-cü yeri tutub.

OXŞAR XƏBƏRLƏR