Azərbaycan ABŞ-ın hərbi təchizatlarına çıxış əldə etməkdə maraqlıdır - Prezidentdən AÇIQLAMA

Azərbaycan ABŞ-ın hərbi təchizatlarına çıxış əldə etməkdə maraqlıdır - Prezidentdən AÇIQLAMA
SİYASƏT
21:48 20.05.2021
553

"Biz Azərbaycanın ABŞ-la modern texnologiyalar sahəsində hələ də aşağı səviyyədə olan ticarətini genişləndirmək istəyirik”.

Oxu.Az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev "Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda müzakirələrdə deyib.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan ABŞ-ın hərbi təchizatlarına çıxış əldə etmək istəyir.

"Təəssüf ki, bizim buna çıxışımız yoxdur. Bu, Ermənistanla olan münaqişə ilə bağlı idi. İndi isə konflikt bitib. İndi niyə də ABŞ-la müdafiə sahəsində əməkdaşlıq olmasın?!”, - deyə Prezident əlavə edib. 
OXŞAR XƏBƏRLƏR