Azərbaycan Ağır Atletika Federasiyası yüksək məbləğdə cərimələndi

Azərbaycan Ağır Atletika Federasiyası yüksək məbləğdə cərimələndi
İDMAN
15:26 29.11.2017
1315

Azərbaycan Ağır Atletika Federasiyası (AAAF) 50 min dollar cərimələnib. 

AZXEBER.COM xəbər verir ki, AAAF Hakimlər Kollegiyasının üzvü, olimpiya kateqoriyalı hakim Vahid Nəzərovun Report-a verdiyi məlumata görə, müvafiq qərar Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (IWF) ABŞ-ın Anahaym şəhərində keçirilmiş Konqresində qəbul olunub.

Bu cərimə 2008-ci il Pekin və 2012-ci il London Yay Olimpiya Oyunlarında ağırlıqqaldıranlarının dopinq-testlərinin təkrar analizləri müsbət nəticə verən 9 ölkəyə - Azərbaycan, Rusiya, Qazaxıstan, Belarus, Çin, Moldova, Türkiyə, Ermənistan və Ukraynaya şamil olunub. Onlar 50 min dollar cəriməni ödəyəcəkləri təqdirdə, cəza müddətləri 1 ildən 8 aya endiriləcək. Nəticədə bu ölkələr gələn il Argentinanın paytaxtı Buenos-Ayresdə keçiriləcək Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında və Türkmənistanın paytaxtı Aşqabadda təşkil olunacaq dünya çempionatında təmsil olunacaqlar. Cəriməni ödəməyən ölkə üçün isə cəza müddəti bir il olacaq.

Azərbaycan Yeniyetmələr Olimpiadasına 1 lisenziya qazanıb. Buenos-Ayresdəki yarışda təmsil olunmaqdan ötrü bu cərimə ödənilməlidir. Bu gün Anahaymda start götürəcək dünya çempionatında isə 9 ölkənin heç biri iştirak etmir.

IWF-in digər qərarına əsasən, dopinq-testdən keçə bilməyən ağırlıqqaldıran ilk dəfə bu halla üzləşəcəyi təqdirdə 4 il, ikinci dəfə isə 8 il müddətinə diskvalifikasiya olunacaq. Ömürlük cəza isə ləğv olunub.

Bundan başqa, ağırlıqqaldırma üzrə olimpiya çəki dərəcələrinin sayı 15-dən (8 kişi, 7 qadın) 14-ə (7 kişi, 7 qadın) qədər azaldılıb. Digər yarışlar, o cümlədən, Avropa və dünya çempionatları üçün çəki dərəcələrinin sayı isə 20-yə (10 kişi, 10 qadın) çatdırılıb.

AAAF-ın mətbuat katibi Kənan Məstəliyev Report-a açıqlamasında IWF-in Konqresindəki qərarlar barədə rəsmən məlumatlandırılmadıqlarını bildirib. O deyib ki, 50 min dollar cərimə hələ 1 illik diskvalifikasiya olunmalarına dair qərar çıxarıldığı vaxt kəsilib. Qurum rəsmisi həmin cəzanın yüngülləşdirilməsi və digər qərarlardan xəbərsiz olduqlarını əlavə edib.  

Qeyd edək ki, Azərbaycan ağırlıqqaldıranlarından Pekin olimpiadasında Sərdar Həsənov (62 kq), İntiqam Zairov (85 kq) və Nizami Paşayev (94 kq), Londonda isə Boyanka Kostova (58 kq) və İntiqam Zairovun (94 kq) dopinq-testlərinin təkrar analizləri müsbət nəticə verib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Almaniyanın Baş Qərargah rəisi ordunu tam silahlandırmağı əmr edib
02:27 26.05.2025
Almaniyanın Baş Qərargah rəisi ordunu tam silahlandırmağı əmr edib
Ursula fon der Lyayen Trampla gömrük rüsumlarını müzakirə edib
01:22 26.05.2025
Ursula fon der Lyayen Trampla gömrük rüsumlarını müzakirə edib
Trampın xüsusi nümayəndəsi Rusiyanın Ukraynaya endirdiyi raket zərbələrinə münasibət bildirib
23:51 25.05.2025
Trampın xüsusi nümayəndəsi Rusiyanın Ukraynaya endirdiyi raket zərbələrinə münasibət bildirib
Yalçın Rəfiyev: Azərbaycan Afrika ölkələri ilə tərəfdaşlığını yüksək qiymətləndirir
23:33 25.05.2025
Yalçın Rəfiyev: Azərbaycan Afrika ölkələri ilə tərəfdaşlığını yüksək qiymətləndirir
Kilian Mbappe “Qızıl buts” mükafatını qazandı
23:29 25.05.2025
Kilian Mbappe “Qızıl buts” mükafatını qazandı
Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ - Hadisənin TƏFƏRRÜATI
23:16 25.05.2025
Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ - Hadisənin TƏFƏRRÜATI
KİV: Fransa iyunda Fələstini dövlət olaraq tanımağı planlaşdırır
23:10 25.05.2025
KİV: Fransa iyunda Fələstini dövlət olaraq tanımağı planlaşdırır
20 yaşlı qız dəm qazından zəhərləndi
22:50 25.05.2025
20 yaşlı qız dəm qazından zəhərləndi
Ağstafada kafedə bıçaqlanan 34 yaşlı kişinin vəziyyəti açıqlandı
22:44 25.05.2025
Ağstafada kafedə bıçaqlanan 34 yaşlı kişinin vəziyyəti açıqlandı
Rusiya MN: Ölkə ərazisində yeddi saat ərzində Ukraynaya məxsus 51 PUA vurulub
22:35 25.05.2025
Rusiya MN: Ölkə ərazisində yeddi saat ərzində Ukraynaya məxsus 51 PUA vurulub
“Putinin helikopterini vurmağa cəhd ediblər”
22:31 25.05.2025
“Putinin helikopterini vurmağa cəhd ediblər”
İsrail ordusu Qəzzada HƏMAS-ın dəniz komandosunun öldürüldüyünü bildirib
22:13 25.05.2025
İsrail ordusu Qəzzada HƏMAS-ın dəniz komandosunun öldürüldüyünü bildirib
Türkiyə Pakistanla enerji və müdafiə sahəsində əməkdaşlıq edəcək
22:04 25.05.2025
Türkiyə Pakistanla enerji və müdafiə sahəsində əməkdaşlıq edəcək
Dünya çempionatı: Bolqarıstan Slovakiyadan üstün oldu
21:58 25.05.2025
Dünya çempionatı: Bolqarıstan Slovakiyadan üstün oldu
Naxçıvanda yol qəzası nəticəsində 5 nəfər xəsarət alıb
21:44 25.05.2025
Naxçıvanda yol qəzası nəticəsində 5 nəfər xəsarət alıb
İspaniya İsrailə silah tədarükünə embarqonun tətbiqini dəstəkləyib
21:35 25.05.2025
İspaniya İsrailə silah tədarükünə embarqonun tətbiqini dəstəkləyib