Azərbaycan Ağırlıqqaldırma Federasiyasının fəaliyyəti nə yerdədir? - TƏHLİL

Azərbaycan Ağırlıqqaldırma Federasiyasının fəaliyyəti nə yerdədir? - TƏHLİL
İDMAN
14:41 06.02.2020
5492

AzxeberSport bu gündən etibarən yeni rubrikaya start verir. 

Rubrika "Federasiyanı kəşf et” adlanır.

Beləliklə, Gənclər və İdman Nazirliyinin rəsmi saytında yerləşdirilən federasiyaların təhlilinə başlayırıq.

Əlifba sıralamasında görə ilk federasiya Azərbaycan Ağır Atletika Federasiyasıdır.

Federasiyanın strukturu

Federasiyanın prezidenti AZAL-ın prezidenti Cahangir Əsgərovdur.

Vitse-prezident: Azər Əliyev

Vitse-prezident: İsmayıl İsmayılov

Vitse-prezident: Tofiq Heydərov

İcraçı direktor: Elxan Əliyev

Baş katib: Rizvan Rəsulov

Baş məşqçi: Asif Məmmədov

E-mail: [email protected] (012) 409-01-54 (012) 459-55-30 AZ0102.

Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 167. AAAF Park Yaşayış Kompleksi. 

Federasiyanın saytında çatışmazlıqlar 

Federasiyanın rəsmi saytı //www.aaaf.az/ adlanır. Sayta son dəfə 20 yanvar günü yenilənib. 15 gündən çoxdur ki, heç bir məlumat yerləşdirilməyib. Saytda daha çox əlamətdar günlərlə bağlı məlumat paylaşılır. 2020-ci ildə isə yalnız iki xəbər yerləşdirilib: Bunlar 20 yanvar və 31 dekabr Həmrəylik Günü ilə bağlı yazılardır.

Federasiyanın mətbuat katibi Kənan Məstəliyev saytın fəaliyyəti haqda AzxeberSport-a açıqlama verib: Federasiyanın saytı mütəmadi yenilənir. İngilis dilindəki versiya da həmçinin operativ olaraq yenilənir. Yanvar ayı ərzində məlumatların yerləşdirilməməsinə gəlincə, bu ay ərzində heç bir hadisə baş vermədiyinə, heç bir yarış keçirilmədiyi, təşkil olunmadığına görə belə alınıb. Yəni, bu həmişə belə olur. Artıq gələn həftədən yığma komandalarımızın təlim-məşq toplanışları başlayacaq və yenə də yetəri qədər məlumatlar paylaşılacaqdır.

Gənclər və İdman Nazirliyinin saytında diqqətçəkən məqam isə federasiyanın email ünvanı ilə bağlıdır. Saytda email ünvanı belə qeyd olunub: [email protected]

Naa.edu.az saytı isə Milli Aviasiya Akademiyasının rəsmi saytıdır, emaildəki Azal sözü isə Federasiya Prezidenti Cahangir Əsgərovla bağlı ola bilər.

Federasiyanın 2019-cu il hesabatı:

Məlumata görə, dekabr ayının 31-də AAAF Park Yaşayış Kompleksinin Konfrans zalında Azərbaycan Ağır Atletika Federasiyasının yekun tədbiri keçirilib. Mərasimdə 2019-cu ildə əldə olunan nailiyyətlər, görülən işlər, həyata keçirilən layihələr barədə danışılıb. Tədbirdə ağır atletikasının bütün üzvləri – idmançıları, məşqçilər, digər mütəxəssislər, rəhbər şəxslər, bu idmanın inkişafında əməyi keçən veteranlar, ictimai xadimlər iştirak ediblər.

Tədbirdə çıxış edən federasiyanın baş katibi Rizvan Rəsulov qeyd edib ki, 2019-cu il Azərbaycan ağır atletikası üçün uğurlu çıxışlarla yadda qaldı. Bu ilin martında ABŞ-ın Las-Veqas şəhərində keçirilən yeniyetmələrin dünya birinciliyində əldə edilən tarixi nəticə – komanda hesabında 5-ci yer, həmçinin Rumıniyanın paytaxtı Buxarestdə keçirilən gənclər arasında və İsrailin Eylat şəhərində keçirilən yeniyetmələr arasında Avropa birinciliklərində əldə edilən çoxsaylı – ümumilikdə 20 medal – 5 qızıl, 4 gümüş və 11 bürünc – medalları yüksək dəyərləndirən Rəsulov, müxtəlif digər beynəlxalq yarışlarda da qələbələr əldə etdiyimizi bildirdi. Baş katib bu il həm də federasiyanın dopinqlə mübarizə fəaliyyətini də davam etdirdiyini və yığma komanda üzvlərinin heç birində belə hal rast gəlmədiyini dilə gətirib.

Federasiyanın tərəfdaşları isə AAF PARK, AZAL, SİLKWAY və başqa şirkətlərdir.

Media ilə əlaqələr

Azərbaycan Ağır Atletika Federasiyası mətbuatla ən sıx əməkdaşlıq edən qurumlardandır. Belə ki, tez-tez tədbirlər keçirən federasiyanın xəbərləri həm TV-lərdə, həm də saytlarda geniş yayımlanır. Bundan başqa federasiya neqativ xəbərlərə də operativ şəkildə reaksiya verir. Bunun da əsas səbəblərindən biri Tofiq Heydərov və federasiyanın mətbuat katibi Kənan Məstəliyevin mətbuatla sıx əlaqələridir. Məstəliyev özü də idman jurnalisti kimi çalışır və onun üçün media ilə əlaqələri yüksək səviyyədədir. 

Son söz əvəzi

Son olaraq deyə bilərik ki, Azərbaycan Ağırlıqqaldırma Federasiyasının fəaliyyətini uğurlu adlandıra bilərik. Belə ki, federasiyanın vitse-prezidenti və prezidentinin şəxsi nüfuzu, eyni zamanda biznes sahəsində uğurları və federasiyaya maddi dəstək olmaları idmançılara da müsbət təsir edir. 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Barselona" futbolçusu ilə müqavilə müddətini uzadıb
01:10 14.03.2025
"Barselona" futbolçusu ilə müqavilə müddətini uzadıb
Makron Bakı və İrəvan arasında sülh sazişinin mətni üzrə razılaşmanı alqışlayır
00:26 14.03.2025
Makron Bakı və İrəvan arasında sülh sazişinin mətni üzrə razılaşmanı alqışlayır
Ceyhun Bayramov BMT nümayəndəsi ilə mina təhlükəsi ilə mübarizəni müzakirə edib
23:52 13.03.2025
Ceyhun Bayramov BMT nümayəndəsi ilə mina təhlükəsi ilə mübarizəni müzakirə edib
Ağstafada dönərdən zəhərlənənlərin  sayı 10-a yüksəldi
23:43 13.03.2025
Ağstafada dönərdən zəhərlənənlərin sayı 10-a yüksəldi
Goranboyda 9 sinif şagirdinin qaçırıldığı iddia olunur
23:26 13.03.2025
Goranboyda 9 sinif şagirdinin qaçırıldığı iddia olunur
Dünənki qəzada həlak olan TƏBİB əməkdaşı iki gün əvvəl işə başlayıbmış - TƏFƏRRÜAT
23:16 13.03.2025
Dünənki qəzada həlak olan TƏBİB əməkdaşı iki gün əvvəl işə başlayıbmış - TƏFƏRRÜAT
Azərbaycan-Yunanıstan ikitərəfli və çoxtərəfli münasibətləri müzakirə olunub-FOTOLAR
23:13 13.03.2025
Azərbaycan-Yunanıstan ikitərəfli və çoxtərəfli münasibətləri müzakirə olunub-FOTOLAR
Ceyhun Bayramov Çinin Avropa məsələləri üzrə sabiq nümayəndəsi ilə regional məsələləri müzakirə edib
23:07 13.03.2025
Ceyhun Bayramov Çinin Avropa məsələləri üzrə sabiq nümayəndəsi ilə regional məsələləri müzakirə edib
"Barselona" futbolçusu ilə müqavilə müddətini uzadıb
22:56 13.03.2025
"Barselona" futbolçusu ilə müqavilə müddətini uzadıb
İsveç Ukraynaya 18 ədəd “Archer” artilleriya qurğusu göndərəcək
22:43 13.03.2025
İsveç Ukraynaya 18 ədəd “Archer” artilleriya qurğusu göndərəcək
Azərbaycan yunan-Roma güləşçiləri Avropa çempionatında 1 gümüş, 2 bürünc medal qazanıblar
22:27 13.03.2025
Azərbaycan yunan-Roma güləşçiləri Avropa çempionatında 1 gümüş, 2 bürünc medal qazanıblar
SOCAR Gürcüstandakı Kulevi neft terminalını genişləndirməyi planlaşdırır
22:22 13.03.2025
SOCAR Gürcüstandakı Kulevi neft terminalını genişləndirməyi planlaşdırır
Ağstafada dönərdən zəhərlənən şəxslərin kimliyi məlum olub
22:14 13.03.2025
Ağstafada dönərdən zəhərlənən şəxslərin kimliyi məlum olub
Avstriya XİN Bakı və İravanın sülh sazişi mətninin razılaşdırılmasını alqışlayır
22:06 13.03.2025
Avstriya XİN Bakı və İravanın sülh sazişi mətninin razılaşdırılmasını alqışlayır
"Real"ın futbolçusu 1 aya yaxın yaşıl meydanlardan kənar qalacaq
21:56 13.03.2025
"Real"ın futbolçusu 1 aya yaxın yaşıl meydanlardan kənar qalacaq
ABŞ Maliyyə Nazirliyi zərurət halında Rusiyaya qarşı sanksiyaları gücləndirməyə hazırdır
21:45 13.03.2025
ABŞ Maliyyə Nazirliyi zərurət halında Rusiyaya qarşı sanksiyaları gücləndirməyə hazırdır