Azərbaycan alpinisti Avropanın ən yüksək zirvəsini fəth etdi

İDMAN
16:59 01.03.2013
1162
Azərbaycanlı alpinist, Azərbaycan Alpinizm Federasiyasının (AAF) üzvü Rüfət Qocayev Avropanın ən yüksək zirvəsini fəth edib. AAF mətbuat xidmətindən verilən məlumata görə, bu gün Bakı vaxtı ilə saat 13:15-də Rüfət Qocayev və iki ukraynalı alpinist ardıcıl olaraq müvəffəqiyyətlə Elbrusun hər iki zirvəsinə qalxıblar.R.Qocayev telefonla bildirib ki, səhər 8:30 radələrində onlar Elbrusun qərb zirvəsini (5642m) fəth ediblər. 5300 metr hündürlüyündəki dağ çökəyinə enəndən sonra, Rüfət və yoldaşları şərq zirvəsini fəth etmək üçün hərəkətə başlayıblar və 11:00-da bu zirvəni də fəth etməyə müvəffəq olublar (5621m).

OXŞAR XƏBƏRLƏR