Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan millisi bu gün ilk yoxlama matçını keçirib.
AZXEBER.COM-un məlumatına görə, Robert Prosineçkinin komandası Andorra ilə qüvvəsini sınayıb. Matç qolsuz bərabərliklə başa çatıb.
Bu, millimizin 2016-cı ildə ikinci oyunu olub. Komandamız mart ayında Türkiyədə keçirdiyi ilk yoxlama görüşündə Qazaxıstana 0:1 hesabı ilə uduzub.
Qeyd edək ki, millimiz növbəti oyununu mayın 29-da keçirəcək. Rəqib Makedoniya yığması olacaq.