‘Azərbaycan ATƏT ilə bu səviyyədə əməkdaşlıq etməli deyil’ - Əli Hüseynli

‘Azərbaycan ATƏT ilə bu səviyyədə əməkdaşlıq etməli deyil’ -  Əli Hüseynli
18:05 06.04.2013
1076

“ATƏT-in Azərbaycandakı nümayəndəliyinin hazırkı statusunun dəyişdirilməsini tam dəstəkləyirəm”.

Bunu APA-ya açıqlamasında Azərbaycan Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib.

Komitə sədri qeyd edib ki, Azərbaycan artıq sosial-iqtisadi inkişaf səviyyəsinə görə ATƏT ilə bu səviyyədə əməkdaşlıq etməli deyil: “Yəni ATƏT-in Bakı ofisinin indiki statusu Azərbaycanın inkişaf səviyyəsinə uyğun deyil. Ona görə də bununla bağlı bir dialoq oldu və bizim də öz mövqeyimiz var. Hesab edirəm ən azı tərəflər başa düşməlidirlər ki, Azərbaycan, məsələn, beynəlxalq iqtisadi forumun keçirildiyi bir dövlətdir, ilk Avropaoyunlarının keçirildiyi bir ölkədir. Bütün bunlar isə artıq tam təhlükəsizlik və sosial inkişaf deməkdir. Eyni zamanda biz çoxlu sayda ictimai, siyasi və qlobal məsələlərə ev sahibliyi edirik və s. Yəni Azərbaycan dövlətinin hazırkı statusu artıq kifayət qədər yüksək səviyyədədir və ATƏT də Bakı ofisinin statusunu buna görə müəyyənləşdirməlidir”.

OXŞAR XƏBƏRLƏR