Azərbaycanlı atlet Anna Skidan Balkan çempionatının qalibi olub.
Bu barədə AZXEBER.COM Milli Olimpiya Komitəsinə istinadən xəbər verir.
Azərbaycan idmançısı çəkicatma növündə 71.18 m nəticə ilə bütün rəqiblərini qabaqlayaraq qızıl medal qazanıb.