Azərbaycan atletləri Avropa çempionatında iştirak edəcəklər

Azərbaycan atletləri Avropa çempionatında iştirak edəcəklər
İDMAN
15:10 22.06.2025
226
Azərbaycan atletləri Sloveniyanın Maribor şəhərində komandalar arasında keçiriləcək Avropa çempionatında iştirak edəcəklər.

AZXEBER.COM xəbər verir ki, iyunun 24-ü və 25-də baş tutacaq yarışa Azərbaycan millisi geniş heyətlə yollanıb.

Yığmamız Avropa çempionatının 3-cü Divizionunda Albaniya, Andorra, Bosniya və Herseqovina, Gürcüstan, Ermənistan, Monteneqro, Şimali Makedoniya, İslandiya, Kosovo, Moldova, Lixtenşteyn, Lüksemburq, Malta və San-Marino atletləri ilə mübarizə aparacaq.

Qeyd edək ki, yekunda ilk 3 yeri tutan komandalar 2-ci diviziona yüksələcək.
OXŞAR XƏBƏRLƏR