Azərbaycan aviabombaların istehsalına başlayacaq

Azərbaycan aviabombaların istehsalına başlayacaq
Siyasət
15:54 17.12.2014
916
2015-ci ildə Azərbaycan ağıllı aviabombaların seriyalı istehsalına başlayacaq. Trend-in məlumatına görə, bunu jurnalistlərə müdafiə sənayesi naziri Yavər Camalov deyib.
Nazir bildirib ki, 2015-ci ildə Azərbaycanda artıq "İDEX 2014" sərgisində nümayiş olunan ağıllı aviabombaların seriyalı istehsalına başlanılacaq: "Ölkə daxilində müvafiq strukturların sifarişləri artıqlaması ilə təmin olunub. Müdafiə Sənayesi Nazirliyinin istehsal gücü verilən sifarişdən qat-qat artıqdır".
Y.Camalov deyib ki, Azərbaycanda müdafiə təyinatlı məhsulların istehsalına xarici ölkələrdən dəvət olunmuş mütəxəssislər cəlb olunur: "Azərbaycanda müdafiə sənayesi məhsullarının istehsalı üçün texnologiyalar hansı ölkələrdən alınırsa, həmin şirkətlərin nümayəndələri istehsal prosesində iştirak edə bilərlər. Məhz həmin şirkətlərin təmsil etdiyi ölkələrdən mütəxəssislər də dəvət olunur".
Nazir bildirib ki, hazırda Müdafiə Sənayesi Nazirliyində (MSN) 58 istehsal sahəsi mövcuddur: "Onların hamısı dünyanın aparıcı şirkətlərindən alınmış avadanlıqlarla təchiz olunub. Hazırda nazirliyin müəssisələrində 900-dən artıq müdafiə təyinatlı məhsullar istehsal olunur və onların bir qismi beynəlxalq sərgilərdə nümayiş etdirilir. Beynəlxalq sərgilərdə nümayiş etdirilən məhsulların sayı getdikcə artır. Vaxtilə Türkiyədəki sərgidə 27, Malayziyada 132, bu il Bakıda keçirilən Beynəlxalq Müdafiə Sənayesi Sərgisində isə 168 adda müdafiə təyinatlı məhsul nümayiş olunub. 2014-cü ildə Azərbaycanda istehsal olunan 100 milyon dollar dəyərində müdafiə təyinatlı məhsul ixrac edilib".
Y.Camalovun sözlərinə görə, növbəti ildə ixrac daha çox olacaq: "Hazırda bir sıra ölkələrdən, o cümlədən Malayziyadan Azərbaycanın müdafiə təyinatlı məhsullarının həmin ölkələrə ixracı ilə bağlı təkliflər var. Bununla bağlı müzakirələr gedir, müvafiq qərar qəbul olunacaq. Nazirlikdə müdafiə təyinatlı məhsullarla yanaşı, 450-dən çox adda mülki təyinatlı məhsullar da istehsal olunur".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İlham Əliyev: Laçın şəhərində kanat yolu gələn il hazır olacaq
13:51 21.08.2025
İlham Əliyev: Laçın şəhərində kanat yolu gələn il hazır olacaq
İqtisadçı AQTA-ya səsləndi: "Cəld yoxlama mexanizmi olmasa, zəhərlənmələr davam edəcək"
13:50 21.08.2025
İqtisadçı AQTA-ya səsləndi: "Cəld yoxlama mexanizmi olmasa, zəhərlənmələr davam edəcək"
Avqust pensiyaları tam ödənildi
13:36 21.08.2025
Avqust pensiyaları tam ödənildi
67 yaşlı ulduzdan alt paltarsız - FOTOLAR
13:07 21.08.2025
67 yaşlı ulduzdan alt paltarsız - FOTOLAR
"Naxçıvan Muxtar Respublikasında dəmir yolunu tam müasirləşdirəcəyik"
13:06 21.08.2025
"Naxçıvan Muxtar Respublikasında dəmir yolunu tam müasirləşdirəcəyik"
Hikmət Hacıyev Pakistan səfiri ilə görüşüb
13:03 21.08.2025
Hikmət Hacıyev Pakistan səfiri ilə görüşüb
"Azərbaycanla sərhəd məntəqələrində yeni tənzimləmə prinsipləri tətbiq etməyi planlaşdırırıq"
13:00 21.08.2025
"Azərbaycanla sərhəd məntəqələrində yeni tənzimləmə prinsipləri tətbiq etməyi planlaşdırırıq"
İlham Əliyev: Mənfur Minsk qrupu artıq son günlərini yaşayır
12:59 21.08.2025
İlham Əliyev: Mənfur Minsk qrupu artıq son günlərini yaşayır
“Ermənistanın bu qədər silah almaq üçün pulu yox idi”
12:51 21.08.2025
“Ermənistanın bu qədər silah almaq üçün pulu yox idi”
Prezident: Kəlbəcər indi dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir
12:28 21.08.2025
Prezident: Kəlbəcər indi dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir
"Vaşinqtonda Azərbaycanla imzalanmış sazişlə yeni inkişaf mərhələsinə qədəm qoyuruq"
12:23 21.08.2025
"Vaşinqtonda Azərbaycanla imzalanmış sazişlə yeni inkişaf mərhələsinə qədəm qoyuruq"
İlham Əliyev: Gələn il Kəlbəcər şəhərində gözəl məktəb istifadəyə veriləcək
12:22 21.08.2025
İlham Əliyev: Gələn il Kəlbəcər şəhərində gözəl məktəb istifadəyə veriləcək
Şəmkirdə dönərdən kütləvi zəhərlənmə ilə bağlı AQTA-dan AÇIQLAMA
12:20 21.08.2025
Şəmkirdə dönərdən kütləvi zəhərlənmə ilə bağlı AQTA-dan AÇIQLAMA
Rəqsanənin əri Fazil Əmiraslanov istintaqa cəlb olundu
11:54 21.08.2025
Rəqsanənin əri Fazil Əmiraslanov istintaqa cəlb olundu
Naxçıvanda müayinəyə gələn hamilə xəstəxanada ölüb
11:52 21.08.2025
Naxçıvanda müayinəyə gələn hamilə xəstəxanada ölüb
Dağıstan-Azərbaycan sərhədində bir nəfər əcnəbi saxlanıldı
11:49 21.08.2025
Dağıstan-Azərbaycan sərhədində bir nəfər əcnəbi saxlanıldı