Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır

Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır
SOSİAL
15:05 17.10.2026
127
Azərbaycanın müstəqil və prinsipial xarici siyasəti regionda sabitliyin, təhlükəsizliyin və qarşılıqlı etimadın möhkəmləndirilməsində mühüm rol oynayır. Ölkəmizin beynəlxalq münasibətlərdə bərabərhüquqluluq, suverenlik və ərazi bütövlüyü prinsiplərinə sadiqliyi Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasətin əsas istiqamətlərindəndir.

Prezident İlham Əliyevin oktyabrın 15-də Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşündəki çıxışı Azərbaycanın beynəlxalq əməkdaşlığa, regional təhlükəsizliyə və dövlətlərarası münasibətlərdə ədalətli yanaşmaya əsaslanan mövqeyini bir daha nümayiş etdirib.

Müasir dövrdə Azərbaycanın Avrasiya məkanında birləşdirici mərkəz kimi rolunun artması ölkənin həyata keçirdiyi çoxşaxəli xarici siyasət, əlverişli coğrafi mövqeyi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində atdığı addımlarla bağlıdır. Azərbaycan müxtəlif dövlətlər arasında siyasi dialoqun inkişafına, iqtisadi əlaqələrin gücləndir

Müəllif: Nərmin Abbasova
Göygöl Gənclər evi Sosial Xidmət Müəssisəsinin əməkdaşı
OXŞAR XƏBƏRLƏR