Dünən UEFA Çempionlar Liqası və Avropa Liqasında yeni mövsümə start verilib.
AZXEBER.COM-un məlumatına görə, ilk oyun günündə 2 təmsilçimiz meydana çıxıb.
“Qarabağ”ın “Metallurq” üzərində qələbəsi və “Xəzər Lənkəran”ın “Sliema” ilə əldə etdiyi heç-heçə ölkəmizin reytinqinə 0.375 bal əlavə edib. Nəticədə Azərbaycan 8.250 balla Gürcüstanı geridə qoyub və 53 ölkə arasında 31-ci pilləyə yüksəlib.
Qeyd edək ki, ölkələrin klub reytinqi son 5 mövsümün nəticələrinə görə hesablanır.