Azərbaycan Avropada mövqeyini qorudu

İDMAN
11:21 26.07.2013
1059

Avropa Liqasının ikinci təsnifat mərhələsinin ötən gün baş tutan cavab oyunları Azərbaycanın UEFA reytinqindəki mövqeyinə təsir göstərməyib. Azerisport.az xəbər verir ki, ölkəmiz bu siyahıda əvvəlki mövqeyini qoruyub.  

Qeyd edək ki, ötən gün Azərbaycanın avrokuboklardakı təmsilçilərindən üçü növbəti oyununu keçirdi. Belə ki, Avroliqada mübarizə aparan “Qarabağ” səfərdə Polşa “Piast”ı ilə üz-üzə gəldi və 2:2 hesablı heç-heçə sayəsində mərhələ adladı. Lakin təəssüf ki, “İnter”lə “Xəzər Lənkəran” müvafiq olaraq Norveç “Tromse”si və İsrail “Maccabi”si (Hayfa) ilə duellərdə bizi sevindirə bilmədi. Cənub klubu 0:8 hesablı darmadağınla uduzdusa, “İnter”in 1:0 hesablı qələbəsi də mərhələ adlamaq üçün yetərli olmadı. 

Amma “İnter”in bu qələbəsi, eləcə də “Qarabağ”ın heç-heçəsi ölkəmizin reytinq xalını zənginləşdirib. Bu iki klubumuz Azərbaycanın reytinqinə əlavə 0.375 xal yazdırmış oldu.

Hazırda UEFA reytinqində 53 ölkə arasında 30-cu pillədəyik. Azərbaycanın hesabında 9.875 reytinq xalı var ki, onun da 2.000 xalı cari mövsümdə qazanılıb. Bundan 0.875 xal “Qarabağ”ın, 0.625 xal “İnter”in, 0.375 xal “Xəzər Lənkəran”ın, 0.125 xal isə “Neftçi”nin payına düşür.

Onu da əlavə edək ki, klublarımızın təsnifat mərhələsindəki istənilən qələbəsi Azərbaycana 0.250 reytinq xalı qazandırır. Heç-heçə isə sadəcə 0.125 xal verir. Qrup mərhələsində isə heç-heçə 0.250, qələbə 0.500 xal verir

OXŞAR XƏBƏRLƏR