Azərbaycan "Avroviziya 2025"də 12 xalı bu ölkəyə verdi

Azərbaycan "Avroviziya 2025"də 12 xalı bu ölkəyə verdi
MAQAZİN
11:10 18.05.2025
358
"Avroviziya 2025" beynəlxalq mahnı müsabiqəsinin final mərhələsi davam edərkən iştirakçı ölkələrdən alınan səsvermə nəticələri bir-bir açıqlanıb.

Azərbaycanın səsvermə nəticələrini "Avroviziya 2010"da ölkəmizi təmsil edən müğənni Safurə Əliyeva təqdim edib.

Azərbaycan bu il ən yüksək – 12 xalı İsrailin təmsilçisinə verib.

Digər xal bölgüsü isə belə olub:

10 xal – İtaliya

8 xal – Ukrayna

7 xal – Estoniya

6 xal – Portuqaliya

5 xal – İspaniya

4 xal – Polşa

3 xal – Niderland

2 xal – Almaniya

1 xal – İsveçrə

Qeyd edək ki, builki yarışda 26 ölkə final uğrunda səhnəyə çıxıb. Azərbaycan təmsilçiləri – "Mamagama" qrupu "Run with you" adlı mahnı ilə final mərhələsinə yüksələ bilməyib.
OXŞAR XƏBƏRLƏR