Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi yanvar-sentyabr ayları ərzində 14 min 34 ton avtomobil benzini ixrac edib.
AZXEBER.COM-un şirkətə istinadən verdiyi xəbərə görə, bu göstərici ötən ilin doqquz ayına nisbətən 4 dəfə az olub.Doqquz ayda ixrac olunan avtomobil benzininin 205 tonu sentyabr ayının payına düşüb. Sentyabr ayında ixrac olunan avtomobil benzinin miqdarı isə avqust ayından 3 dəfə az olub.Sentyabr ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) - 963,80 dollar təşkil edib.