Azərbaycan bankları Qarabağda xidmət göstərməyə hazırlaşır

Azərbaycan bankları Qarabağda xidmət göstərməyə hazırlaşır
SOSİAL
13:55 08.12.2021
241
"Azərbaycanın işğaldan azad edilmiş ərazilərində maliyyə-bank sisteminin bərpası üzrə müzakirələrə başlanılıb və konkret təkliflər planı hazırlanıb”.

AZXEBER.COM "report”a istinadən xəbər verir ki, bunu Bakıda keçirilən "Nağdsız iqtisadiyyat: etibarlı, təhlükəsiz və dayanıqlı” mövzusunda 5-ci Beynəlxalq Bankçılıq Forumunda "Azərbaycan Banklar Assosiasiyası” (ABA) İctimai Birliyinin sədri Zakir Nuriyev deyib.

"Biz bu məsələləri Azərbaycan Mərkəzi Bankı ilə birlikdə icra edirik və Qarabağda yeni, innovativ ödəniş sistemləri üzərindən maliyyə-bank sisteminin xidmətlərinin təmin və təqdim edilməsini təşkil edəcəyik”, - o deyib.
OXŞAR XƏBƏRLƏR