Azərbaycan Basketbol Liqası: "Neftçi" NTD-ni məğlub edib

Azərbaycan Basketbol Liqası: "Neftçi" NTD-ni məğlub edib
İDMAN
14:43 16.03.2025
139
Azərbaycan Basketbol Liqasının XVIII turunun son matçında "Neftçi” NTD-ni məğlub edib.

AZXEBER.COM-un məlumatına görə, "Sərhədçi” İdman Mərkəzində baş tutan A qrupunun qarşılaşması "Neftçi"nin 76:64 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Quba" "Lənkəran"ı 95:84, "Şəki" "Sumqayıt"ı 104:96, "Gəncə" "Ordu"nu 95:84, "Sabah" "Abşeron"u 99:64, "Naxçıvan" isə "Sərhədçi"ni 68:66 hesabı ilə məğlub edib.
OXŞAR XƏBƏRLƏR