“Azərbaycan bayrağı ilə dövrə vurmaq arzum idi” – Dünya çempionu

“Azərbaycan bayrağı ilə dövrə vurmaq arzum idi” – Dünya çempionu
İDMAN
10:36 11.08.2017
2777
"Xoşbəxtəm. Karyeramda ən yaxşı uğura imza atdım. Bunu bacaracağıma inanırdım”. Apasport.az saytı xəbər verir ki, bu sözləri Türkiyə yığmasını təmsil edən azərbaycanlı atlet Ramil Quliyev deyib.
 
Böyük Britaniyanın paytaxtı Londonda keçirilən atletika üzrə dünya çempionatı Ramil Quliyevin uğuru ilə əlamətdar olub. 2011-ci ildə ölkəmizi tərk edən və 2013-cü ildən Türkiyə yığmasının şərəfini qoruyan sprinter 200 metr məsafəyə qaçışda bütün rəqiblərini arxada qoyaraq, tarixi uğura imza atıb. Məsafəni 20,09 saniyəyə qət edən qaçışçımız ən yaxın izləyicilərini 0,02 saniyə qabaqlayıb.
 
Türkiyə idmanı tarixinə atletika üzrə ilk dünya çempionu kimi düşən Quliyev qələbə sevincini bölüşüb: "Atmosfer gözəl idi. Yarışa baxmağa çoxlu insan gəlmişdi. Tribunalar dolu idi və bu bizi xoşbəxt edirdi. Mənim üçün inanılmaz yarış oldu. Useyn Boltun da bu turnirdə iştirak etməsini istərdim, amma olmadı. O, karyerasını bitirdi. Boltun gedişindən sonra qələbəyə inamımız artıb (gülür). Useyn getdi, yerinə başqa idmançılar gəlir. Sıra bizdədi, inşallah, daha yaxşı olar”.
 
Ramil Boltun yoxluğunda da yarışın çətin keçdiyini bildirib. Qələbədən sonra stadionda Azərbaycan və Türkiyə bayraqları ilə dövrə vuran atlet bu barədə də danışıb: "Bütün rəqiblərim yaxşı hazırlaşmışdılar. Kim güclü idisə, o da qələbə qazandı. Azərbaycan bayrağı ilə dövrə vurmaq arzum idi və bunu etdim. İnanıram ki, gələcəkdə daha artığını edə bilərəm. Dünya çempionatındakı nailiyyət növbəti mövsüm üçün mənə əlavə güc verir. Növbəti hədəfim olimpiada medalı qazanmaqdı”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rəsmi Ankara İranın dron hücumlarını qətiyyətlə pislədi
17:48 05.03.2026
Rəsmi Ankara İranın dron hücumlarını qətiyyətlə pislədi
Prezidentin Təhlükəsizlik Şurasında çıxışının TAM VİDEOSU
17:42 05.03.2026
Prezidentin Təhlükəsizlik Şurasında çıxışının TAM VİDEOSU
“Milli təhlükəsizlik məsələsində kompromis yoxdur”- Elçin Mirzəbəyli
17:26 05.03.2026
“Milli təhlükəsizlik məsələsində kompromis yoxdur”- Elçin Mirzəbəyli
Rusiya müdafiə nazirinin keçmiş müavini saxlanılıb
17:23 05.03.2026
Rusiya müdafiə nazirinin keçmiş müavini saxlanılıb
Fransa səfirliyi Azərbaycana dron hücumunu pislədi
17:14 05.03.2026
Fransa səfirliyi Azərbaycana dron hücumunu pislədi
Mert Demir Serenaya evlilik təklifi etməyə hazırlaşır
17:12 05.03.2026
Mert Demir Serenaya evlilik təklifi etməyə hazırlaşır
Məşhur xanəndənin ailəsində iki ağır itki
17:05 05.03.2026
Məşhur xanəndənin ailəsində iki ağır itki
Müdafiə Nazirliyi daha bir açıqlama yaydı: “İran dərs vaxtı məktəbi hədəf alıb”
17:03 05.03.2026
Müdafiə Nazirliyi daha bir açıqlama yaydı: “İran dərs vaxtı məktəbi hədəf alıb”
Ceyhun Bayramov və Hakan Fidan İranın Azərbaycana dron hücumlarını müzakirə etdi
16:49 05.03.2026
Ceyhun Bayramov və Hakan Fidan İranın Azərbaycana dron hücumlarını müzakirə etdi
Gürcüstan XİN rəhbəri İranın Azərbaycana dron hücumundan narahatlığını bildirib
16:39 05.03.2026
Gürcüstan XİN rəhbəri İranın Azərbaycana dron hücumundan narahatlığını bildirib
“Bu şərəfsizlər peşman olacaqlar”
16:34 05.03.2026
“Bu şərəfsizlər peşman olacaqlar”
"Bütün bunların müqabilində çirkincə, namərdcə, nakişi kimi Naxçıvana zərbə endirdilər" - İlham Əliyev
16:27 05.03.2026
"Bütün bunların müqabilində çirkincə, namərdcə, nakişi kimi Naxçıvana zərbə endirdilər" - İlham Əliyev
Prezident: Silahlı Qüvvələrimiz bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib
16:23 05.03.2026
Prezident: Silahlı Qüvvələrimiz bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib
Azərbaycan lideri: İstənilən bəd qüvvə onlara qarşı bizim "Dəmir yumruğ"umuzu görəcək
16:20 05.03.2026
Azərbaycan lideri: İstənilən bəd qüvvə onlara qarşı bizim "Dəmir yumruğ"umuzu görəcək
Prezident: İran tərəfindən Azərbaycan dövlətinə qarşı terror aktı törədildi
16:18 05.03.2026
Prezident: İran tərəfindən Azərbaycan dövlətinə qarşı terror aktı törədildi
Prezident sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçiridi
16:17 05.03.2026
Prezident sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçiridi