Kaliforniya ştatının ən ali qanunverici orqanı olan ştat Senatının dəvəti ilə Azərbaycan nümayəndə heyəti martın 11-də ştatın paytaxtı Sakramento şəhərində rəsmi səfərdə olub.
AZXEBER.COM-un məlumatına görə, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komitəsinin sədri Səməd Seyidovun rəhbərlik etdiyi nümayəndə heyəti millət vəkilləri Asim Mollazadə, Sevinc Fətəliyeva və Sahibə Qafarova, ARDNŞ-in vitse-prezidenti Xalik Məmmədov və baş konsulu Nəsimi Ağayevdən ibarət olub.Kaliforniya Senatının plenar iclasında Azərbaycan nümayəndə heyətinin rəsmi qarşılama mərasimi keçirilib. Bu münasibətlə Senatda Azərbaycan bayrağı qaldırılıb.Mərasimdə çıxış edən Kaliforniya Senatının respublikaçılar fraksiyasının rəhbəriBob Haff, Azərbaycanın müsəlman dünyasında ilk parlament demokratiyası olduğunu bildirərərək, Azərbaycanın ABŞ-ın güclü müttəfiqi olduğunu qeyd edib və hər iki ölkənin qlobal, regional enerji və təhlükəsizlik maraqlarını bölüşdüyüni diqqətə çatdırıb.Azərbaycana 2011-ci ildə digər senatorlarla etdiyi səfəri xatırlayan Haff səfər müddətində güclü iqtisadi inkişaf yolunda olan və uzaqgörən insanlara malik ölkə gördüklərini söyləyib.Senator bildirib ki, 2006-cı ildən bəri Los Ancelesdə baş konsulluq ilə təmsil olunan Azərbaycan Kaliforniya ilə bir sıra sahələrdə əlaqələr yaradıb və bu əlaqələr gündən-günə genişlənməkdədir.Nümayəndə heyətinin rəhbəri, millət vəkiliS.Seyidovsəmimi qəbula görə senatorlara təşəkkürünü bildərərək, bu səfərin bir dostluq səfəri olduğunu və Azərbaycan-ABŞ münasibətlərinin daha da sıxlaşdırılmasına töhfə vermək məqsədi daşıdığını qeyd edib.Azərbaycanın ABŞ ilə bir sıra ortaq dəyərləri bölüşdüyünü söyləyən millət vəkili Azərbaycan-ABŞ strateji tərəfdaşlıq münasibətlərinin yüksək önəm daşığını qeyd edib və bu tərəfdaşlığın daha da gücləndirilməsinin vacib olduğunu diqqətə çatdırıb.Hər iki dövlətin daim bir-birini dəstəklədiyini vurğulayan S.Seyidov Azərbaycanın beynəlxalq terrorçuluğa qarşı mübarizəyə verdiyi töhfələrdən, eləcə də İraq və Əfqanıstanda Azərbaycan və Amerika əsgərlərinin çiyin-çiyinə döyüşməsindən bəhs edib.Dini və etnik dözümlülüyün Azərbaycanda həyat normasına çevrildiyini bildirən millət vəkili ölkəmizdə çoxlu sayda sinaqoq və kilsələrin sərbəst fəaliyyət göstərdiyini deyib.Mərasimdən sonra bir sıra Kaliforniya senatorları nümayəndə heyətinə yaxınlaşaraq, Azərbaycanın mühüm və çətin bir bölgədə ABŞ-ın dostu olmasına görə təşəkkürlərini bildiriblər.