Azərbaycan bədii gimnastı beynəlxalq turnirdə qızıl medal qazandı

Azərbaycan bədii gimnastı beynəlxalq turnirdə qızıl medal qazandı
İDMAN
15:43 30.03.2025
319
Azərbaycanın bədii gimnastları Bakıda keçirilən "AGF Trophy"də növbəti medallarını qazanıblar.

Azadə Atakişiyeva halqa proqramında bütün rəqiblərini qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Şəms Ağahüseynova isə lentlərlə hərəkətlərin icrasında bürünc mükafata layiq görülüb.

Həmçinin, bədi gimnastika üzrə gənclərdən ibarət qrup hərəkətləri komandası turnirdə gümüş medal qazanıb.

Belə ki, yığma halqa proqramında fəxri kürsünün ikinci pilləsinə qalxıb.

Qeyd edək ki, turnirə bu gün yekun vurulacaq.
//Oxu.az
OXŞAR XƏBƏRLƏR