Azərbaycan – Bəhreyn oyununun başlanma saatı müəyyənləşdi
İDMAN
18:11 07.08.2012
1238
Avqustun 15-də keçiriləcək Azərbaycan - Bəhreyn oyununa başlanma vaxtı müəyyənləşib. Matç saat 18:00-da start götürəcək. Oyuna bu günə qədər bilet almış azarkeşlər onları dəyişdirə bilərlər. Bu, avqustun 13-dən etibarən mümkün olacaq. Matç əvvəlcədən nəzərdə tutulduğu kimi, AFFA Futbol Mərkəzindəki "Dalğa Arena"da deyil, İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda keçiriləcək. Qeyd edək ki, oyun Bəhreyn Futbol Federasiyasının təbii ot örtüklü meydança ilə bağlı müraciətinə uyğun olaraq AFFA-nın qəbul etdiyi qərar əsasında Bakıxanovda baş tutacaq.